ƏLİNCƏYƏ GEDƏN YOL - V yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
66115 | 2016-09-22 16:40

V yazı

Muzeyin önündədayanmış maşina əyləşirik. Yenə sürücü əvvəlki səs tonu ilə «indi hara gedirik,müəllim» deyir. Ondan fərqli olaraq mən nə saata baxıram, nə də səsimin tonunu dəyişirəm.Bir rahatlıqla onun mənə xatırlatdığı ünvanı söyləyirəm.

- Gedirik Nəimininməqbərəsini ziyarət etməyə.

Gəldiyimiz yollahardasa 5-8 kilometr üzü geriyə qayıdırıq. Maşın sola, kənd yoluna dönür. İnanın ki, heç magistraldanfərqlənməyən bir yol. Kəndin adına diqqət yetirirəm – Xanəgah kəndi. Culfa rayonununbu qədim kəndi həm dağlıq ərazidə, həm də çay kənarındayerləşib. Magistral yolun kənarındakı məktəb, xəstəxana və digər ictimai binalaro qədər yaraşıqlı və diqqətçəkəndir ki, mən gözümü onlardan ayıra bilmirəm. Maraqla baxdığımı görən sürücü kəndinortasında bir anlıq maşınını saxlayır və qaçaraq marketdən sərin su alıb gətirir.Bu, əsl dərman olur bizimüçün. Çünki Əlincəyə qalxıb-enəndən sonra ürəyimiz əməlli-başlı maye tələb edir,dodaqlarımız çatlayır. Ona «sağ ol» deyərək suları başımıza çəkirik. Bizim bu münasibətimizonun qırışığını açır, özündən razı halda gülümsəyir. Maşın kəndin içi ilə hərəkətedir, yenə baş yoldan sola, yamaca diklənir. Gözümüzün önündə qədim bir məqbərəcanlanır. Hər tərəf səliqə-səhmanlı, hətta qarşısındakı qoz ağacının da barı kifayətqədər olan bu məscid-məqbərə neçə min illər görüb. Amma ona elə diqqət yetirilib,elə sevgi ilə yanaşılıb ki, illərin toxuduğu zədələr heç yerində qalmayıb.

Bu hürufiliktəriqətinin banisi,böyük Nəsimininmüəllimi Fəzlullah Nəiminin məqbərəsidi. Əlincəçay xanəgahının bu ünvanı son dərəcəmüasirlik aşılayır adamda. Çünki burada elə bir şərait yaradılıb ki, keçmişlə bugün bir-birinə qovuşub. Böyük alimin, şairin ruhu burda çox rahatdı. Pillələrləüzü yuxarı qalxıram - yenə səliqə, yenə sahman. Vallah, adamın belə yerdə ölüb-qalmaqda ürəyindən keçir. Niyə də keçməsin? Hər şey yerli-yerində: suyu, havası, gülü-çiçəyi.Nazim Hikmət demiş, ceviz ağacı, məqbərəsi və bir də ziyarətçiləri…

Əslində insanıyaşadan elə bunlardı. Mən balaca bir kəndin hürufiliyin banisinə olan bu sevgisini,diqqətini qiymətləndirməkdə acizəm. Bircə onu ifadə edə bilərəm ki, Naxçıvanda gördüyüm bütün tarixi abidələrə,bütün müqəddəs yerlərə birmənalı şəkildə, bax elə belə yanaşılır, bu cür diqqət göstərilir. Bunun səbəbi barəsində düşünəndə ilkxatırladığım hələ Bakıda, redaksiyamızda dəfələrlə həmsöhbət olduğum şair dostum,ağsaqqal qardaşım İbrahim Yusifoğlunun söylədikləri düşür. İbrahim müəllim Naxçıvanlabağlı suallarımı cavablandırarkən həmişədeyir ki, Naxçıvanda Ali Məclisin sədri özü şəxsən tarixə, mədəniyyətə, abidələrə,bütövlükdə səliqə-səhmana qarşı o qədər həssas və diqqətlidir ki, digər məmurlarda bu nümunədən yararlanırlar. Necə deyərlər, idarə edənin özünün münasibəti artıqMuxtar Respublikada bir ənənəyə çevrilib. Uşaqdan-böyüyə hər kəs tarixə diqqət ayırır,abidələrə sahiblikmünasibəti göstərir.Deməli, bu da tariximizi hələ neçə-neçə nəsillərin istifadəsinə bu gündən təqdimetmək, hazırlamaq deməkdir…

Bəli, Əlincəsəfərim bu kəndin ziyarəti ilə Nəiminin ruhuna oxuduğumuz dualarla başa çatır...

...Və bu vaxt mən böyük Nəsiminin dünyaya səs salanməşhur misralarını, yəni «Məndə sığar iki cahan…» sədalarını elə bil ki, xalq artistiRasim Balayevin dilindən eşidirəm. İnanın ki, bu mənə o qədər doğma gəlir ki, özümdə hiss etmədən Nəsiminin misralarının heç həndəvərinə yaxın gələ bilməyəcək özmisralarımı pıçıldayıram və elə həmin misraları pıçıldaya-pıçıldaya böyük şairdənməni bağışlamasını rica edirəm.


Bu boyda dərdlə, kədərlə,

Payıma düşən qədərlə

Görün ki, nələr, nələrlə –

Mən bu cahana sığmıram.


Tarixə işıq salıram,

Hər qata heyran qalıram.

Coşuram, ilham alıram –

Mən bu cahana sığmıram.


Pillələr qalxıb-enirəm,

İşığam, yanıb-sönürəm.

Həqqin özünə dönürəm –

Mən bu cahana sığmıram.


Şanlıdır əsrim, qərinəm

Həm odam, həm də sərinəm!

Sükutumla da dərinəm –

Mən bu cahana sığmıram.


Artıq hava qaralır. Hiss edirəm ki, sürücü də harasagetmək fikrindədi. Ona görə şəhərə qayıdırıq. Otelin önündə sağollaşıb yeddincimərtəbəyə qalxırıq. Bu da bizim üçün ayrılmış otaq. Pəncərəsindən bütün Naxçıvangörünür. Mənzərə özü-özlüyündə bizi gəzib-dolaşmağa çağırır. Vaxt itirmək olmaz.Bir stəkan çay içib şəhərədüşürük. Şəhərdə təkcə səliqə-səhman yox, elə havanın özü də gözəldi. İnanın ki, Bakının bürküsündən sonra burda adam sanki biroksigen bolluğuna düşür. Bu bolluqdan gen-bol istifadə edə-edə adamların daha çoxistiqamətləndiyi səmtə tərəf gedirik. Bu yerin adı Əyləncə Mərkəzidir…

Paytaxtın əyləncəmərkəzlərindən fərqli olaraq burda fərqli bir şərait yaradılıb. Həm alış-veriş etmək,həm bir tikə çörək kəsib, çay içmək, həm uşaqların oynaması, sevinməsi üçün hərşey nəzərdə tutulub. Bir anlıq yadıma İzmir şəhəri düşür. Orada ilk dəfə görmüşdümbu mənzərəni. Əyləncə mərkəzində gəzib-dolaşarkən həmkarım, çox hörmətli Hüseyn müəllimlə qarşılaşırıq. Hal-xoşdan sonra o, bizi Əyləncə Mərkəzi ilə tanış edir. Necə də gözəldihər şey. Uşaqların sevinci, valideynlərin bir kənarda əyləşib bu mənzərəni seyretməsi, alış-veriş edənlərin ərzaqdan tutmuş tikinti materiallarına qədər hər şeyibir yerdən almaq imkanı…

Bəli, bax buxidmət mədəniyyətidi. Bunu yaradanlara ancaq "sağ oldemək olar.Biz Əyləncə Mərkəzindən çıxıb yaxınlıqdakırəngarəng işıqlara qərq olmuş qalaya tərəf gedirik. Bu qala böyük bir ərazini eləqucağına alıb ki, sanki adamlar onun qolları arasında özlərinə xoş bir aura əldəetməyi haqq edirlər. Biz qalanın qapısından içəri girəndə ilk qarşılaşdığımız Hindistandangəlmiş turistlər oldu. Yol yoldaşlarıma dedim ki, biz burdan-bura bu yerləri gəlibziyarət edə bilməmişik, bu adamlar Hindistandan vurub gəliblər.

Sözlərim birmənalı qarşılanmasa da,həqiqət belədi. Çünkibiz bəzən ya tənbəllikdən, ya da laqeydlikdən, bir az da iqtisadi sıxıntılardanabidələrimizi, görməli yerlərimizi ziyarət etməyi arxa plana keçiririk. Hətta birzarafat edim, mən bizi Naxçıvanda müxtəlif ünvanlara aparan sürücüdən müəyyən yerlərinharada olduğunu soruşanda üzümə təəccüblə baxdı:

-Müəllim,bunları siz hardan bilirsiniz? – dedi – Mən naxçıvanlıyam,özüm heç oralarda olmamışam.

Mən də diqqətiəldən verməmək şərtilə tez ona zarafatlı bir mesaj göndərdim:

- Eybi yox, bizə qoşulub sən də Naxçıvanı gəzib-tanıyarsan- dedim.

Bəli, həmin axşam Nuhun dəfn olunduğu güman edilən məqbərənidə ziyarət etdik. Dostların sayəsində iş vaxtı bitmiş olsa da, bizim üçün qapılarıaçdılar. Bəli, içimdə olan bütün xoş hisslərin sırasına Nuh peyğəmbərin ruhuna etdiyimizdualar da əlavə olundu. Və mənə elə gəldi ki, o müqəddəs insan burda dəfn olunmaqlabu torpağın nə qədər qiymətli, nə qədər möhtəşəm və doğma olduğunu insanlara mesajedib, bildirib. Tarixə Naxçıvanın və bütövlükdə Azərbaycanın bir cənnət olduğunumöhürləyib. Elə bu təəssüratla da üzü Möminə Xatunun işığına doğru gedirik…

Burda hansı hisslər keçirdiyimi və bütövlükdə MöminəXatunun bu, ifadə edilməsi mümkün olmayan möhtəşəm məqbərəsi önündə ancaq susmaqlazımdı. Etiraf edirəm ki, mən bu məqbərə barəsində deyilənlərdən daha gözəl heç nə deyə bilməyəcəyimə əminəm. Ona görə dəsusmaqla onun qarşısındakı sonsuz ehtiramımı ifadə edirəm…

Bax, bu isə gecənin qaranlığında işığa qərq olmuş HüseynCavidin məqbərəsidi. Yəni Cavid Əfəndinin. Bu möhtəşəm sənət əsəri də elə Əfəndimizinadına layiqdi, elə layiqli səviyyədə də qorunur. Mən məqbərənin içini ziyarət edəbilməsəm də (zaman baxımından – Ə.M.) onun ətrafını dolaşıram. Ürəyimdə misralarını təkrarlayıram və elə bilirəm ki, onun əlini öpməyəgəldiyimi Cavid Əfəndi artıq duyub. Çünki həmin an göydəki uldazlar daha çox işıq saçırdılar, ay daha çox bədirlənmişdi. Deməli,Cavid Əfəndinin ruhu onu ziyarətə gələni qapıdan içəri buraxmışdı – əlini öpməküçün…

Artıq saat 22-ni ötüb. Bu vaxt Naxçıvanda olduğumu biləndəyərli şair-dostum, Naxçıvan Ali Məclisininüzvü Asim Yadigar zəng vurur. Hal-əhval tuturuq, görüşmək barədə razılaşırıq vəotelə dönürəm. Sabah günəş oyanmamış qalxıb Batabata gedəcəm. Və orada gözəl şairimizİslam Səfərlinin ruhundan üzr istəyib deyəcəm:

- Batabata gəlmişəm!..

TƏQVİM / ARXİV