adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Sentyabr 2016 14:09
18623
MARAQLI
A- A+

PAH ATONNAN, ERMƏNİ OĞLUNA AZƏRBAYCANLI ADI QOYUB

Gör bir həftədi nəyi müzakirə edirlər ey. Əvvəla, erməni adlarının və soy adlarının yarısından çoxu türk mənşəlidi. Balayan, Mirzəyan, Köçəryan. Xankəndinin bir polis rəisi vardı, sonra deyəsən prokuror qoydular, soyadı İsaqulov idi.

Əvvəla, Azərbaycanda da erməni adlarına rəst gəlmək olur.

Hətta qədim şamanizmdə də var, ailədə doğulan uşaqlar ölürdüsə, ya ağır xəstəlik tapırdısa yeni doğulacaq uşağa başqa millətdən olan ad qoyurdular. Guya bununla cinləri aldadacaqlar.

İkincisi də, ermənilər həmişə türklərin içində yaşayıb, adət-ənənəsini də götürüb, adını-soyadını da götürüb, mətbəxini də götürüb, eləcə də musiqisini.

İndi gələk «Sarı gəlin»ə. «Sarı gəlin»in kimin olması haqqında elmi-tədqiqat işi aparmaq lazım deyil. Bu erməni şandığa gedib Amerikada bunu oxuyur, babat da oxuyur və ya dünyanın hansısa ölkəsində, erməni deyir mənimdi, onlar da elə bilir erməninindi. Sən də gedirsən onun oxuduğu konsert salonlarında ondan yaxşı oxuyursan, görürlər ki, sənindi. Necə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bütün dünyaya sübut elədik ki, muğam Azərbaycan xalqının musiqisidi.