adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Sentyabr 2016 14:04
10259
SİYASƏT
A- A+

VENESİYA KOMİSSİYASI KREMLLİK İDDİASINDA!

Bir Kremldən canımız hələ qurtarmayıb indi üstümüzə əlli Kreml gəlib. Avropa İttifaqı, Avropa Parlamenti, nə bilim Avropa Şurası, Helsinki Vətəndaş Assambleyası, «Freedom house», Haaqa Məhkəməsi, ATƏT-MATƏT, at ilxısı köpək sürüsü. Bir milyondan çox insanın evinin-eşiyinin yandırılması, didərgin düşmələri, on minlərlə insanın qətlə yetirilməsi, bir dövlətin başqa bir dövlətin 20 faiz torpaqlarını işğal etməsi haqqında həllə …- başlı bəyanatını eşitməmişik, amma bir balaca ölkədə nəsə olan kimi hamı tumanını çırmayıb cumur Azərbaycanın üstünə.

İndi də Venesiya komissiyası ölkəmizdə keçiriləcək referendumla bağlı ağlına gələni yox, ağzına gələn bir qətnamə hazırlayıb. Müstəqil bir dövlətin xalqının keçirəcəyi refenduma pəl vurmaq istəyir.

Ulu Öndər Heydər Əliyev deyirdi: «Hakimiyyətin mənbəyi xalqdır».

Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır, Avropadakı hansısa çoxsifətli institutlar yox.