adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Sentyabr 2016 13:59
12954
DÜNYA
A- A+

DAY OĞRULARLA DƏLƏDUZLARI TUTMAYACAQLAR

Qardaş Türkiyədə yeni bir qanun hazırlanıb, bu qanuna görə oğurluq edənləri, dələduzları həbsə atmayacaqlar. «Uzlaşma komissiyası» (yəni barışdırıcı komissiya) deyilən bir orqan yaradacaqlar, oğru, ya dələduz tutulandan sonra zərər vuranla zərər çəkəni barışdıracaqlar. Yəni oğru və ya dələduz qaytarıb versə çırpışdırdığını və ya aldadıb aldığı pulu, məsələ həll olunacaq. Əladı ey, oğrular uzaqbaşı tutulanda taksitlə ödəsin, qurtarsın getsin.

Ya da deyəcəklər, sən də get onun atının bir gözünü çıxart.

Əziz Nesinin yaxşı bir hekayəsi var, gələn həftə çap edərik. Qısası, təxminən belədi, deyir ölkədə vəziyyət nə təhər qarışmışdısa hökumət təklif elədi ki, İsveçrəyə saat ixrac edək, Amerikaya atom bombası, Almaniyadan fındıq alaq, Hollandiyaya gəmi sataq…