adalet.az header logo
  • Bakı 19°C
22 Sentyabr 2016 13:56
10105
DÜNYA
A- A+

UTANIM YERİNƏ, AY UTANMAYAN

Birləşmiş Millətlər Çayxanasının Baş Çayçısı Pan Gi Mun deyib ki, Suriyada baş verən faciələrə görə hamımız utanc duymalıyıq. Qaqa, get çayını payla. Səndən, nə də səni idarə edənlərdən utanan olmaz. Qısası, səndən karvan kəsən olmaz.

Birinin iki qılçası yoxuymuş, arvadı qucağına alıb aparırmış çölə, pəşo eləyib gətirirmiş. Bir gecə yenə arvadının qucağında pəşöydaymış, çox aylı, ulduzlu bir gecəymiş.

Deyir:

- Arvad, nə karvan kəsdi havasıdı.

Arvadı:

- Pəşonu elə, səndən karvan kəsən olmaz.