Yay günlərim darıxdırıcı, monoton və sıxıcı keçdi. Evdə film izləməklə,kitab oxumaqla yayı yola verdik. İndi qapını payız kəsdirib.
Əksərənyay ayları isti olanda deyirlər ki, qış sərt keçəcək. Keçən il payız özünü oktyabrda hiss etdirirdisə, bu il dahaerkən özünü göstərdi. Psixoloqların dediyinə inansaq, depressiya, melanxoliyahalları bu fəsildə qaçılmaz olur. Kimisinə görə isə, payız romantika, sevgi,yağış fəslidir. Bir də ayrılıqlar fəsli deyirlər payıza.
Gürcüstandan ayrılana yaxın kənddəhavalar dəyişməyə doğru gedirdi. Üfüqdə görünən qızarmış günəş elə bilmüqavimətini itirirdi.
Qəfil pəncərəni açıram və payızın ilıqnəfəsi balaca otağımızı soyudur. Belə soyuğu, çoxdandır ki, gözləyirdim, ammauzun müddət istiyə alışdığımızdan soyuğu yadırğayırıq. Ümumiyyətlə, qış fəslinidaha çox sevirəm. Sərt rüzgarları, buz kəsən dondurucu havası, çovğunu, qarıməni elə bil özümə gətirir. İçimdə yığılan stress, əsəb toplusu əriyərək içimisoyuqlaşdırır. Səbəbini desəz ki, başqa fəsillərə nə olub ki? Deyərdim ki,yayın cır-cıramasında insanların beyinləri qızır və belə olan hallarda cinayətlər,oğurluq halları,qızlara satmaşma və s. halları baş verir. Bu siyahını uzatmaq olar, ancaq nəyəgərək. Qışda isə insanlar sanki yoxa çıxır, görüntüləri zəifləyir. Günəş doğankimi, havalar isinişən vaxt insanlar peyda olur və mövcudluqları ilə həyatın axarınaqayıdırlar...
Payızla üzləşmək, görüşmək vaxtımızgəlib çatıb. Birdə görəcəksən ki, soyuq yağı düşmən kimi qapına dayanıb.Rəhmətlik İsa İsmayılzadənin həzin misraları yadıma düşür:
"Payızın fikrini bilmək istəsən, gərəkağac olasan, gərək budaq olasan...”
İndi payız fəsli Bakıdadır. Baxırsan ki, bu fəsildə insanlar qarışqakimi harasa tələsirlər. Metroda, avtobusda, digər nəqliyyat vasitələrindətələsən insan mənzərəsi görürsən. Payız darıxdırıcı fəsil olsa da, sevgililəringünləri olur. Boş skamyalarda payızın və münasibətlərinin dadını çıxardırlar.Bəzən isə yağışın altında çətirsiz qaçışırlar. Payız möhtəşəm fəsil olmasınabaxmayaraq, özü ilə bərabər xəstəliklər, virusları da gətirir. Bu dəyişkəngünlərdə insanlar özlərini qorusalar, daha yaxşı olar!
Yağış yağanda ən çox küçə uşaqlarını,yoxsulları düşünürəm. Onların əzabları, həyat savaşları qarşısında baş əyirəm.
Sonda isə dəyərli sənətçimiz FloraKərimovadan "Bir axşam taksidən...” mahnısına qulaq asmağınızı tövsiyyəedərdim. Unutmadan deyim ki, sözləri Vaqif Səmədoğlunundur.
Biraxşam taksidən düşüb payıza,
Bilmədik haraya hayana gedək...