ANA SƏHİFƏ / YAZARLAR

Payızla üzləşmək vaxtı

31782    |   2016-09-22 11:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay günlərim darıxdırıcı, monoton və sıxıcı keçdi. Evdə film izləməklə, kitab oxumaqla yayı yola verdik. İndi qapını payız kəsdirib. 

 

Əksərən yay ayları isti olanda deyirlər ki, qış sərt keçəcək. Keçən il payız özünü oktyabrda hiss etdirirdisə, bu il daha erkən özünü göstərdi. Psixoloqların dediyinə inansaq, depressiya, melanxoliya halları bu fəsildə qaçılmaz olur. Kimisinə görə isə, payız romantika, sevgi, yağış fəslidir. Bir də ayrılıqlar fəsli deyirlər payıza.

 

Gürcüstandan ayrılana yaxın kənddə havalar dəyişməyə doğru gedirdi. Üfüqdə görünən qızarmış günəş elə bil müqavimətini itirirdi.

 

Qəfil pəncərəni açıram və payızın ilıq nəfəsi balaca otağımızı soyudur. Belə soyuğu, çoxdandır ki, gözləyirdim, amma uzun müddət istiyə alışdığımızdan soyuğu yadırğayırıq. Ümumiyyətlə, qış fəslini daha çox sevirəm. Sərt rüzgarları, buz kəsən dondurucu havası, çovğunu, qarı məni elə bil özümə gətirir. İçimdə yığılan stress, əsəb toplusu əriyərək içimi soyuqlaşdırır. Səbəbini desəz ki, başqa fəsillərə nə olub ki? Deyərdim ki, yayın cır-cıramasında insanların beyinləri qızır və belə olan hallarda cinayətlər, oğurluq halları, qızlara satmaşma və s. halları baş verir. Bu siyahını uzatmaq olar, ancaq nəyə gərək. Qışda isə insanlar sanki yoxa çıxır, görüntüləri zəifləyir. Günəş doğan kimi, havalar isinişən vaxt insanlar peyda olur və mövcudluqları ilə həyatın axarına qayıdırlar...

 

Payızla üzləşmək, görüşmək vaxtımız gəlib çatıb. Birdə görəcəksən ki, soyuq yağı düşmən kimi qapına dayanıb. Rəhmətlik İsa İsmayılzadənin həzin misraları yadıma düşür:  

"Payızın fikrini bilmək istəsən, gərək ağac olasan, gərək budaq olasan...”

 

İndi payız fəsli Bakıdadır. Baxırsan ki, bu fəsildə insanlar qarışqa kimi harasa tələsirlər. Metroda, avtobusda, digər nəqliyyat vasitələrində tələsən insan mənzərəsi görürsən. Payız darıxdırıcı fəsil olsa da, sevgililərin günləri olur. Boş skamyalarda payızın və münasibətlərinin dadını çıxardırlar. Bəzən isə yağışın altında çətirsiz qaçışırlar. Payız möhtəşəm fəsil olmasına baxmayaraq, özü ilə bərabər xəstəliklər, virusları da gətirir. Bu dəyişkən günlərdə insanlar özlərini qorusalar, daha yaxşı olar!

 

Yağış yağanda ən çox küçə uşaqlarını, yoxsulları düşünürəm. Onların əzabları, həyat savaşları qarşısında baş əyirəm.

Sonda isə dəyərli sənətçimiz Flora Kərimovadan "Bir axşam taksidən...” mahnısına qulaq asmağınızı tövsiyyə edərdim. Unutmadan deyim ki, sözləri Vaqif Səmədoğlunundur.


Bir axşam taksidən düşüb payıza,

Bilmədik haraya hayana gedək...

 



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK