adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Sentyabr 2016 09:26
10670
MARAQLI
A- A+

Nəzarətsiz kosmik gəmi Yer kürəsinə düşəcək

Rəsmi Pekin "Tiangong-1” kosmik stansiyasının nəzarətdən çıxmasını etiraf edib.

Bu barədə The Guardian nəşri yazır.

Kosmik stansiyanın Yerin atmosferinə 2017-ci ilin ikinci yarısında daxil olacağı gözlənilir.

Çin ekspertləri qeyd edirlər ki, orbital stansiya planet üçün heç bir təhlükə yaratmır. Mütəxəssislər missiyasını tamamlayan stansiyanın bəzi hissələrinin kosmosda yanaraq yoxa çıxacağını, bir hissəsinin isə Yerə düşəcəyini açıqlayıblar. Bununla belə, onların avropalı həmkarları iddia edirlər ki, nəzarətsiz stansiya Yerin orbitində olan digər peyklər üçün təhlükləli ola bilər.

Çin rəsmiləri söz veriblər ki, stansiyanın trayektoriyasını izləyəcəklər və təhlükəli vəziyyət yaranarsa məlumat verəcəklər.

Qeyd edək ki, "Tiangong-1” kosmik stansiyası 2011-ci ilin sentyabr 29-da buraxılıb.