adalet.az header logo
  • Bakı 12°C
22 Sentyabr 2016 09:17
30496
TEXNOLOGİYA
A- A+

İnstagram-da yeni funksiya

Artıq bütün Instagram istifadəçiləri, bir şəkil paylaşarkən tətbiqdən çıxmalı olduğunda hazırladığı şəkili qaralama olaraq qeyd edə biləcək.

Son vaxtlarda "Snapchat"ın Hekayələr funksiyasının Instagram tərəfindən istifadəyə başlanması, bəzi istifadəçilər tərəfindən mənfi reaksiyalara səbəb olsa da daha çox xüsusiyyət əlavə edən və inkişaf edən sosial şəbəkədə yenilikər davam edir.

Daha əvvəl Instagramdakı şəkillərinizi dəyişdirərkən təcili işiniz çıxdıqda ya da daha sonra şəkili dəyişdirməyə davam etmək istədiyinizdə şəkil yox olur və başdan dəyişdirməyə çalışmalı olurdunuz. Ancaq Instagramın yeni qaralama funksiyası ilə şəkillərinizi qaralama olaraq yadda saxlaya biləcək və daha sonra davam edə biləcəksiniz.

Əslində Instagramın bu funksiyası çox da yeni deyil, bir müddət əvvəl bu funksiyanı sizlərə təqdim etmişdik. Beta versiyada sadəcə bəzi istifadəçilər ilə sınaqdan uğurlu keçən funksiya artıq bütün Instagram istifadəçiləri tərəfindən istifadə edilə bilər.