ƏLİNCƏYƏ GEDƏN YOL - Dördüncü yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
243338 | 2016-09-21 13:38

Dördüncü yazı

Muzeydən çıxırıq. Bizi içəri dəvət etmiş xanımatəşəkkür edirəm və Bakıdan gəldiyimizi, jurnalist olduğumuzu söyləyirəm.Xanımın çöhrəsindəki təbəssüm bir az da artır. İndi əvvəlkindən də səmimi bir şəkildəbizi salamlayır. Hiss edirəm ki, qonaqların çoxluğı onunürəyincədi. O da mənim nə demək istədiyimi anlayır və özü məlumat verir:

- Bugünkü qonaqlarımız muxtarrespublikanınsu təsərrüfatı işçiləridi. Adətən istirahət günləri müxtəlif təşkilatların,qurumların nümayəndələri bizə qonaq gəlir. Əksəriyyətidəqalaya qalxırlar. Əgər siz də qalxmaq istəsəniz, onda pilləkənlərlə qalxın.Belə daha asan olar.

Ona təşəkkürümüzü bildirib, pilləkənlərə tərəfgedirik. Ətrafda qəribə bir qoxu var. İlk bahar çiçəklərinin qoxusuna bənzəyir.Xeyli diqqət yetirəndən sonra kiçik sırğa qaşlı bənövşəyi çiçəklərdiqqətimizi çəkir. Əyilib bir budağını üzürəm. İlahi, dünyanın ən bahalı ətirləriniindiki anda gücüm çatdıqca uzağa atardım. Təki bu çiçəyin qoxusunaqarışmayaydı…

Pillələri yavaş-yavaş qalxırıq. Arxadan səslər gəlir.Bayaq muzeydə gördüyümüz adamlardı. Qərara gəliblər ki, onlar da qalayaqalxsınlar. Amma bəziləri tərəddüd edir. Kimsə ortalığa sözatır:

- Bakıdan gələn yaşlı adam qalaya qalxır, biz isəburdan bura qalxmaq istəmirik…

Elə bil busöz onların bütünfikirlərini alt-üst etdi. Bir də gördüm ki, arxadangələn adamlar bir-bir bizi ötüb keçirlər. Bu anda da mən düşündüm:

- Torpaq, doğulduğun yer güclü olur. Onlarburanın havasına, şəraitinə uyğunlaşıblar. Eybi yox, mən də Şuşadan canımdaqalan havayla dırmaşacam qalaya. Belə də edirik. Qalxdıqca sayırıq pillələri.Çünki aşağıda muzeyin önündə gördüyümüzxanım bildirmişdi ki, bu dağın dibindən qalaya qədər 1000 pilləkəndir. Bu rəqəmyaddaşıma yazıldığından mən də pillələri saya-saya qalxıram ki, görüm nə vaxt«ura!!!», «min!!!» deyəcəm. Amma hələ 300-cü pilləkəni qalxmamışam. Ona görəyoldan çəkilib pilləkənin kənarındakı səkinin üstündə əyləşirəm. Mütləq nəfəsdərmək lazımdı. Bu nəfəs dərmək işimizə çox yarayır. Birincisi ona görə ki,hava çox gözəldir. Yüksəkliyə qalxdıqca onun yüngüllüyünü daha çox hiss edirik.Eyni zamanda biz qalxdıqca ətraf ayaqlarımızın altında qalır, geniş birponorama açılır. Onlara baxmaq, onları seyr etmək və sürücünün yolda bizimüçün aldığı sudan bircə qurtum içmək əlavə enerjidi. Bu pillələrdə, bu dağlıqərazidə əlavə enerji etiraf edim ki, bir tutiyədi. Onu qorumaqlazımdı, ondan səmərəli istifadə etmək lazımdı. Biz də çalışırıq ki,dayandığımız anı da boş ötürməyək. Diqqətimizi çəkən nə varsa, lentə köçürək.Yaxşı ki, müasir mobil telefonlar bu işdə adamın karına gəlir. Bircə enerjibloku adamın əlini quru yerdə qoymaya…

Bu da 500-cü pilləkən. Hə, deməli, yolu yarı etmişik.Burda elə 5 dəqiqə də oturmaq olar. Əyləşirik. Bizə yaxınlaşıb yanımızdan ötübkeçən su təsərrüfatı işçiləri artıq bizimlə mehriban görüşürlər. Görünür, muzeyişçisinin bizi təqdim etməsi onların diqqətində ilişib qalıb. Və qonaqolduğumuzu nəzərə alıb hamısı bizə öz ehtiramlarını bildirirlər. Onlarınarasında orta yaşlı bir kişiylə atüstü söhbət də edirəm. Bildirir ki, özümü«təmirdən» yenicə çıxarmışam. İstəyirəm ürəyi burda sınaqdan keçirəm. Mən onaehtiyatlı olmağı tövsiyə edirəm. O da gülümsəyir. Bu yolda inşallah heç nəolmaz. Bura bilirsiniz də haradı?! Onun bu işarəsi məni əməlli-başlıdilləndirir:


Qurban olum torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına…

Qoy dolanım Vətən, sənin başına-

Deməsinlər pərvanəsi çatışmır!


Mərhum tələbə yoldaşım CavanşirEloğlunun- Dərviş Eloğlunun misralarıdı bu. Hələ tələbəlikdənəvvəl əzbər bilirəm…

Misraları söyləyib Cavanşirə rəhmət oxumağımhəmsöhbətimi duyğulandırdı:

- Mən də tanıyırdım onu. Heyf! – söyləyib yolunu davametdi.

Biz də onun ardınca. Artıq pillələrin qalanınqapısından içəri hissəsindəyik. Burda dayanıb məşhur filmimizin burada necəçəkildiyini gözlərimiz önündə canlandırmağa çalışırq. Baxdığımız hər tərəfdətarixdən izlər axtarırıq. Elə buradaca mütləq qeyd etməliyəm ki, Əlincəqalasında çox mükəmməl bir yenidənqurmaişləri, təmir-bərpa aparılıbdı. İşıq, su xətləri çəkilib, pillələrinkənarından dəmir tutacaqlar işlənib. Bu da qalaya qalxmaq istəyənlərin işininisbətən asanlaşdırır…

Bəli, bu da Əlincə qalası. Artıq 1000-ci pilləniqalxdıq. Gözümüzün önündə dövlət bayrağımız dalğalanır. O bayrağın altındaqürur hissi keçirməmək qeyri-mümkündü. İnan ki, orda dayanıb dünyanın həryerini görmək mümkündü. Mənə elə gəlir ki, mən ordan Şuşanı da görürəm və hissedirəm ki, bu bayraq mütləq orda dadalğalanacaq. Bayrağın altında şəkil çəkdirmək istəyirəm. Alınmır. Çünkitelefonun enerji bloku sönüb. Birdən addım səsləri eşidirik. Əlində kamera olanvə Naxçıvan televiziyasının əməkdaşına məxsus bir gödəkçədə oğlan bizə yaxınlaşır.Tanış oluruq. «Xəbərlər» proqramının gənc əməkdaşı İslam. Mən də özümüzü təqdimedirəm. Əməlli-başlı dostlaşırıq. İslam deyir:- Əbülfət müəllim, bu yüksəkliyə Ali Məclisimizin sədri Vasif müəllim dəçıxıb.

Təəccüblə onun üzünə baxıram. Elə bilirəm ki, məniimtahana çəkir, ya da sınayır. Amma yox. O, təbii bir şəkildə təkrarvurğulayır:

- Hörmətli sədrimiz özü Əlincə qalasının bu sonyüksəkliyinə qədər qalxıbdı.

Hə, mən burada onu da öyrənirəm ki, Naxçıvanda tez-tezmədəniyyət, tarixi yerlərin ziyarət günləri təşkil olunur və bu tədbirlərdəhamı bir nəfər kimi iştirak edir. Vallah, bu, birmənalı tarix sevgisidi, Vətənsevgisidi, torpaq sevgisidi. And olsun Allaha ki, bu özünə, keçmişinə,gələcəyinə ehtiram deməkdi. Mən başqa heç nə deyə bilmərəm. Və bir də…

Mən elə buradaca Əlincəylə bağlı yazdığım misralarımütləq qeyd etməliyəm. Çünki bu misraları mənə bu yüksəklik özü pıçıldayır:


ƏLİNCƏ


Cığır-cığır,ləpir-ləpir oxşayıb

Yaddaşınıvərəqləyib, yoxlayıb

Mən tarixinsükutunu oxlayıb

Sehirləndim, qucağına gəlincə-

Əlincə!


Pillə-pilləüzü göyə qalxıram

Göy üzündənüzü göyə baxıram

Gördüyümügözlərimə yığıram

Toxunuramtəmas incə, əl incə-

Əlincə!


Zaman burdaayaq üstə diridi

Duyduğumuyazmalıyam, yeridi

Yurd həsrətim ümid tapdı - kiridi!

Əfsanəni, dözümünü bilincə -

Əlincə!


Burda başım göy üzünə dəysə də

Nisgilim var – dilimdəki nəysədə!

Şuşa dərdim büküb məni əysə də -

Dözəcəyəm düşmən bağrı dəlincə!

Əlincə!


Əlincəqalasının zirvəsində bir saata qədər Naxçıvanı, göz işləyən və görmək qüdrətində olduğumuz bütün ətrafı seyr etdik. Həmin vaxtNaxçıvan televiziyasının əməkdaşları da bu qalanı gəzib qayıdıb getdilər.

Dostlaşdığımız operator İslam bizim xeylisayda şəkillərimizi lentə aldı. Yəni Əlincədən əliboş qayıtmağımıza imkanvermədi. Və bizi əmin etdi ki, otelə çatana qədər o, şəkillərin elektronversiyasını ünvanımıza göndərəcək. Biz onunla sağollaşdıq. İndi qalxdığımız pilləkənlərienməyə başlayırıq. Aşağıda bizi yeni görüşlər, yeni ünvanlar, xüsusilə artıqdarıxdığını hiss etdiyimiz sürücü gözləyir. Amma nə qədər darıxır darıxsın. Bizyolüstü Nəiminin də məqbərəsini ziyarətedəcəyik.

Mən Əlincəyəqalxıb o zirvəni görənə qədər başqa bir dünyanın adamı idim. Ordan üzü aşağıqayıdanda isə tamam başqa bir dünyanın. Həmin o zirvədə bu şəraiti yaradanlara,bu tarixi yaşadanlara içimdən bir duakeçdi. Bir də Qarabağa qovuşmaq duasınıiçimdən gətirdim. Bilirəm ki, Allah ikisinidə eşidir. Çünki Əlincə Allaha yaxın məkandı!


TƏQVİM / ARXİV