ƏLİNCƏYƏ GEDƏN YOL - III yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
63841 | 2016-09-20 15:45

Üçüncü yazı

Müqəddəs ocaqdan içimdəki qəribə duyğularla ayrılıram. Əslində mən buna ayrılmaq deməzdim. Çünki orada keçirdiyimhisslər, hətta orada içdiyim çayın özü belə, mənim üçün tamambaşqa bir dünyanın nişanələri idi. O dünyanın adını bu günə qədər də tapabilməmişəm. Heç, tapmağa da daha cəhdgöstərmirəm. Çünki müqəddəsləri və müqəddəsliyi öz mərtəbəsində saxlamaq,üstəlik ona yalnız və yalnız iman gətirməkzənnimcə, daha doğru qərardı. Bax,elə bu məntiqlə də aldığım müxtəlif dərmanbitkilərini özümlə götürüb maşina əyləşirəm. Sürücü mühərriki işə salır vəmagistrala doğru maşını istiqamətləndirir:

- Müəllim, indi yolumuz haradı?- deyə soruşur.

Mən içərisində olduğum duyğulardan ayrılmadan onucavablandırıram.

- Əlincə qalasına!

Sanki cavabımı əvvəlcədən dəqiq bilən sürücüsöylədiklərimə adi bir şəkildə yanaşaraq sözümün ardını tamamladı:

- Bəlkə əvvəl-əvvəl bir Nəiminin məqbərəsini ziyarətedək?

Onun söylədikləri dərhal diqqətimi çəkdi və bir aztəəccüb qarışıq şəkildə suala sualla cavab verirəm.

- Onun məqbərəsi hardadı ki? Mənim bundan heç xəbərimyoxdu.

Sürücü gülümsəyir. Onun bu təbəssümündə bir qınaq davar. Haqlıdı. Ona görə başımı aşağı salıram və «dediyinkimi olsun» - söyləyib razılığımı bildirirəm. Amma görünür belə tezrazılaşmağım sürücünün ürəyincə olmur. Ona görə də bircə kəlmə söyləyirəm:

- Baxarıq!

Maşın sürətlə irəliləyir. Biz bir-birindən abadkəndlərdən keçib gedirik. İnanın ki, hərdən mənə elə gəlir ki, bu mənzərəreallıq deyil. Eləcə rəssam işidi və yaxud hansısabir maketlərdi gətirib yerləşdiriblər. Xüsusilə məktəblər, inzibati binalar.Mən Azərbaycanın əksər bölgələrində, hətta əksər kəndlərində də olmuşam. AmmaNaxçıvanda, təhsil müəssisələrinə göstərilən diqqət və qayğını, tam səmimiyyətimlə etiraf edim ki, heç yerdə görməmişəm. Dərs iliərəfəsində bu müqəddəs torpağı gəzib-dolaşarkən elə maraq xatirinə bir neçəməktəb binasının həyətinə daxil oldum. kənardan göz oxşayan səliqə-səhmanıniçəridəki tamlığı məni heyrətə gətirdi. Sinif otaqları da, məktəb partasındantutmuş yazı taxtasına qədər hər şey müasir, hər şey yerində. Hələ həyətlərdəkiadamın üzünə gülən yaşıllıq, gül-çiçək… Bütün bunları balalarımız üçünyaratmışdılar. Özü də böyük sevgiylə, böyük ürəklə. Hətta mən bir müqayisəaparmaq istədim. Kəndlərin böyük əksəriyyətində çox yüksək zövqlə tikilmiş əslsənət nümunəsi olan məscidlər, minarələr var idi. Elə, məktəblər də onunla bərabər bir səviyyədə inşa olunmuşdu. Həttakəndlərin birində düz yolun kənarında kitabxana var idi. Təəssüf ki, iş gününün sonu olduğundan mən buyaraşıqlı binanının daxilini görə bilmədim. Amma onun xarici görkəmiöz-özlüyündə artıq hər şeyi deyirdi. Mən Əlincəyə doğru gedərkən keçdiyimkəndlərdən birində sürücüdən xahiş etdim ki, maşını əyləsin, marketdən su alaq.O da xahişimi nəzərə aldı. Mən birdən kəndin adı yazılmış lövhəni gördüm.Xatırladım ki, bu kənd, yəni Çeşməbasar Azərbaycanın Ağsaqqallar Şurasının sədri, çoxhörmətli millət vəkilimiz Fəttah Heydərovun kəndidi. Bu kənddəki məktəb də,məscid də təkcə onların özlərinin yox, bütövlükdə Naxçıvanın, Azərbaycanınadına layiq bir səviyyədə idi. Deməli, torpağını, kəndini, yurd-yuvasını sevən hər kəs əgər içində bir vətəndaş yanğısı, çiynindəkiyükün mahiyyətini qiymətləndirmək bacarığı varsavə hərkəs bu cür addımlar atarsa, onda Azərbaycandoğrudan-doğruya cənnət olar. Elə yeri gəlmişkən, bəlkə də xalq şairi SüleymanRüstəm sağ olsaydı, mənim Naxçıvanda gördüklərimi seyr edib, yeni bir şeir də yazardı vəo şeirin sonunda mütləq deyərdi ki:

- CƏNNƏTİN ÖZÜNÜ GÖRMƏK İSTƏYƏN NAXÇIVANA GƏLSİN!!!

Biz irəlilədikcə diqqətimi daha bir məqam özünə çəkir.O da yol kənarında salınmış bağlar, yaşıllıqlardı. Təbii ki, Azərbaycanyaşıllıqla zəngin bir məmləkətdi. Lakin Naxçıvanda iqlim şəraiti fərqliolduğundan burda ağsaqqallar, rəhbərlər, yəni bu yerin, bu torpağın dilinibilənlər yaşıllığı da ona uyğun şəkildə becərirlər, ərazisini artırırlar. Bunuelə-belə demirəm, gözlərimlə gördüm ki, Naxçıvanda yol kənarlarında Azərbaycanınbir çox bölgələrindən fərqli olaraq əsasən meyvə ağaclarıəkilib, meyvə bağları salınıb. Bu da həm yaşıllıq,gözəllik, həm oksigen, həm də meyvə bolluğu deməkdir. Mənim marağımı hiss edənsürücü həmin o əkilmiş iydə ağaclarından meyvə toplayan uşaqların yanındamaşını saxladı. Düşdüm. Onlarlagörüşdüm. Nə qədər diqqət yetirsəm də, o uşaqlardan hansısa birininağacın kiçik bir budağını qırdığını görmədim. Səliqəylə ciblərinə meyvəyığırdılar. Mən də onlara qoşuldum və Naxçıvanın doğrudan-doğruya ləziznemətlərindən olan həmin o iydədən sürücünün verdiyi sellofan torbaya bir xeyliyığdım. Amma onu da etiraf edim ki, iydə yığmaqdan ləzzət alırdım. Ammauşaqların gözütoxluğu məni çəkindirdi. Yoxsa əlimdəki torbanı dolduracaqdım…

Bəli,biz irəliləyirik. Rahat yolumuz getdikcə üzü dağlara tərəf istiqamətlənir. Vəbir azdan qarşıda maşın karvanı görürəm. Maşınlar yolun sağ tərəfində həmsırayla, həm də ordakı meydançada səliqəli bir şəkildə dayanıb. Xeyli adam var.Sürücüyə baxıram. O yenə özünə məxsus şəkildə:

-Əlincə muzeyidi. Qalaya gələnlər öncə bu muzeylə tanış olurlar. Sonra kimindizində güc varsa, qalxır üzü qalaya tərəf…

Yenəaçığını deyim ki, sürücünün bu şərti məndə bir balaca şübhə yeri yaratdı.Havanın temperaturunun 30 dərəcədən yuxarı olduğu bir vaxtda, necə deyərlər,günün duran çağında bu qədər adamın muzeyə gəlməsi, qalaya çıxması o qədər dəinandırıcı görünmür. Necə deyərlər, səbrimi bir təhər cilovlayıb gözləyirəm.Görək sürücünün dediyi nə qədər həqiqətdi?..

Maşınlardayandığı məkana çatırıq. Həqiqətən yolun sağında çox yaraşıqlı, müasirtələblərə cavab verən, üstəlik həm də Əlincə qalasının adına layiq ola biləcəkmuzey inşa olunub. Biz də muzeyə yaxınlaşırıq. Giriş qapısının önündə dayanmışxanım bizə:

-Xoş gəldiniz! - deyir. Yəqin siz də muzeyin içərisindəki qonaqlarla gəlmisiniz.Buyurun keçin!

Mənona təşəkkür edib içəri keçirəm. Amma özümü də qınayıram ki, gərək Bakıdangəldiyimi, muzeylə tanış olan qonaqlara aidiyyətim olmadığını söyləyəydim. Amma artıq gecdi.Muzeydən çıxanda səhvimi düzəldərəm… Muzeyin daxilində xeyli adam var. Birnəfər, daha doğrusu, muzeyin əməkdaşı olan cavan bir oğlan qonalara bilgiverir. Yəni, muzeyin içərisində olanəşyalardan, onların tarixindən, harda, nə vaxt tapılmasından danışır. Doğrusu,mən bu əşyalarla bağlı müəyyən bilgiyə malikəm. Bunun da səbəbkarı xoşmünasibətdə olduğum və uğurlarını izlədiyim arxeoloq Vəli Baxşəliyevdi.AMEA-nın müxbir üzvü olan Vəli Baxşəliyev Naxçıvantarixinin, arxeologiyasının öyrənilməsi,araşdırılması istiqamətində xeyli işlər görüb və görməkdə də davam edir. Onunelmi araşdırmalarında bu muzeydə nümayiş etdirilən müəyyən əşyaların da adınarast gəlmişəm. Ona görə adını eşitdiklərimi indi görmək məndə əlavə bir xoştəəssürat yaradır. Amma bunu da mütləq yazmalıyam ki, muzeyin daxilindəkiqonaqlar onların sırasına qatılmış, «çağırılmamış qonağa», yəni bizə qəribə bir nəzərlərləbaxırdılar.


TƏQVİM / ARXİV