adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Sentyabr 2016 11:35
12375
ƏDƏBİYYAT
A- A+

Qadınlar sevəndə...

Adalet.az görkəmli alman yazıçısı Erix Mariya Remarkın qadınlar haqqında fikirlərini təqdim edir.

 

- Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.

 

- Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.

 

- Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar…

 

- Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.

 

- Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

 

- Əgər qadın başqasına aiddirsə, o, beş dəfə daha artıq arzu ediləndir.

 

- Əgər qadın əsəbiləşirsə, deməli o, həm haqsızdır, həm də haqsız olduğunu bilir.

 

- Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilərsə qadınların xatırladıqları şeylərə görə.

 

- Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.

 

- Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.

 

- Sevgi… qadını daha itigözlü edir.

 

- Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyülə azadlıq vermək olmaz.

 

- Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, hər gün xoş sözlər demək yaxşıdır.

 

- Qadınlara ya gərək ibadət edəsən, ya da onları tərk edəsən. Qalan hər şey yalandır.

 

- Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

 

- Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.  /sim-sim/