adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ƏLİNCƏYƏ GEDƏN YOL - II yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
64750 | 2016-09-19 16:37

İkinci yazı

Şərqin qapısısayılan Naxçıvana qədəm qoyan kimi özümdən asılı olmadan iç dünyama bir nəzər saldım.İnanın ki, bu bir daxili tələbat idi. Mən illər öncə gördüklərimlə indi gördüklərimiparalelləşdirmək, müqayisə aparmaq istəyirdim. Çünki indiki durumda çaşıb qalmışdım, gözlərimə inana bilmirdim. Üstəlik,mətbu orqanlarda qarşılaşdığım informasiyalar məni sual qarşısında qoymuşdu. Öz-özüməsual verdim:

- Doğurdanmıoxuduqlarımla gördüklərim bu qədər fərqlidi? Və yaxud da bu olanları necə qara rəngdətəqdim etmək olar?

Bəli, konkretsuallar idi və məndən də konkret cavab gözləyirdi. Ona görə də özümü səfərbər etdim.Necə deyərlər, vicdanımın səsini,ağlımın kəsdiklərini, gözlərimin gördüklərini, qulaqlarımın eşitdiklərini bir nöqtəyə, birboxçaya yığmığa başladım.

Artıq ərazisində olduğum Babək rayonunun yolları birmənzərə idi. Uzanırdı müxtəlif istiqamətlərə. Bu yollarla Naxçıvanın müxtəlif bölgələrinəsəfər etmək mümkün idi. Amma mənim Naxçıvana gəlməkdə ən böyük arzum, istəyim öncəiki ünvanı ziyarət etmək, iki yerdə torpağı, daşı öpmək idi. Bunlardan biri minillikləriarxada qoyan Əshabi-Kəhf, digəri isə Əlincə qalası idi. Mənim inancıma, mənim daxiliehtiyacıma görə, dünyanın ən müqəddəs yerləri məhz bu iki ünvan idi. Və mən də zaman-zamanbu yerləri görmək arzusuyla yaşamışdım.

Doğrudur, dəfələrlə sovet dönəmində Naxçıvanda olsamda, dostların sayəsində daha çox bulaq başlarını, yeyib, içib əylənmək guşələrinigəzib görmüşdüm. Necə deyərlər, o müqəddəs ünvanların torpağını öpməyə "zamanım”olmamışdı. Bu səfərdə isə öncə ziyarəti, sonra digər məsələləri planlaşdırmışdım.Bax elə yolumu da qurduğumplan üzrə salıb,öncə Əshabi-Kəhfədoğru üz tutdum…

Bir məqamı daxatırladım. Naxçıvana gəlməmişdən öncə həmsöhbət olduğum dostum, iş adamı Qabilmüəllim bildirmişdi ki, indi Əshabi-Kəhfə gedənlər gözlərinə inanmırlar. Çünki1992-ci ilin yayından başlayaraq burada çox böyük iməciliklər həyata keçirilib. Həm Ulu ÖndərimizNaxçıvan Ali Məclisinə rəhbərlik edəndə, bu gün isə Ali Məclisin sədri Vasif Talıbovunrəhbərliyi altında bütün tarixi yerlərləyanaşı, Əshabi-Kəhfdə də əsl torpaq təəssübkeşliyi, tarix sevgisiylə, üstəlik içdən gələninancla bərpa işləri görülüb. Bu gün oraya gələn ziyarətçilərin heç bir problemiyoxdur!

Bəli, mən buinformasiyayla gedirəm Əshabi-Kəhfə. Yollara söz ola bilməz. Kəndlərin içərisindənkeçən yollar o qədər rahatdır ki, bu rahatlıqtəyyarədən yenicə düşmüş mənəsanki layla çalır, yuxu gətirir.Amma yuxuya təslim olan deyiləm. Əksinə, gözlərimi dörd açıb baxıram və hər gördüyümüdə ürəyimdə özümdən asılı olmadan uca səslə təkrarlayıram. Hiss edirəm ki, bumənzərəyə alışmış sürücümənə bir az fərqli nəzərlərlə baxır. Qoy baxsın! Mən heyrət içərisindəyəm. Azərbaycanınheç bir guşəsində görmədiyim, hətta Bakının bəzi mərkəzi yerlərində də rast gəlmədiyimyollardan keçib gedirəm. Təkcə yol örtüyü yox, onun kənarları da adamda xoştəəssürat yaradır. Diqqət yetirirəm: nə havada "uçuşan”sellofan torba var, nə də yol kənarına içilib atılmış şüşə və ya plastmas qablar. Hətta düşünürəm ki, bəlkəburda su, şirə içmirlər və yaxud uşaqlara dondurma, müxtəlif şirniyyatlar,tumalıb vermirlər. Uca səslə təkrarladığımbu sualların cavablarını sürücü qaytarır mənə:

- Müəllim, görürəmnabələdsiniz. Amma burda təmizliyə xüsusi fikir verilir. Hamı bilir ki, yola-rizə nə atsa,sabah da onu özü yığıb toplayacaq. Bilirsiniz necə?

Mənim təəccübümü hiss edib sualı özü verir və cavabını da mənə eşitdirir:

- Burda hər kəsin vicdanı özünə nəzarətçidi. Hər kəs öz məsuliyyətini dərkedir. Eyni zamanda Naxçıvanda tez-tez iməciliklər də keçirilir. Bütünel-oba yaşıllığın, təmizliyin, səliqə-səhmanınıniştirakçısına çevrilir. Ona görə də hamı iməcilikdən öncə də öz vətəndaşlıqborcunu yerinə yetirir və zibili, əlindəki artıq olan nədir,onu xüsusizibilqablarına atır.Görürsünüz, yol boyu zibil qabları qoyulub. Bu həm onun üçün rahat olur, həm dətəmizliyə baxanlar üçün…

Bəli, bax buna deyərəm özü-özünü tərbiyə etmək, özü-özünənəzarət etmək! Axı, içində Allah xofu və qanuna hörmət olan hər kəs belə də etməlidi.Az qala yadıma sovet dönəminin şüarı düşür:

- Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!

Əslində belə də olmalıdı. Hamımız bir-birimizin haqqınıgözləsək, qorusaq, onda həqiqətən yaşamaq gözəl olar.

Biz üzü dağlaratərəf qalxırıq. Qarşıdakı mənzərə yavaş-yavaş məni öz aurasına alır. Hiss edirəmki, Əshabi-Kəhfə yaxınlaşırıq. Böyük bir meydança və xüsusi xətlərlə işarələnmişavtomobil yerləri. Hətta bu yüksəklikdə də hər kəs avtomobilini harada saxlayacağınıçox gözəl bilir. Kimsə maşını meydanın ortasında atıb getməyib. Biz maşından düşürük.Sürücü:

- Müəllim, mənburda bir çay sifariş verib sizi gözləyəcəm - deyir.

Pillələri yavaş-yavaşqalxıram. İlk dəfə olduğum bu yerdə yavaş-yavaş da məni bir qəribə duyğu bürüyür.Hiss edirəm ki, təkcə gördüyüm səliqə-sahman deyil, həm də bu yerin özünün adı,coğrafiyası, görünüşü, bir də yuxarıdanüzü aşağı axıb gələn havası məni elə üzü yuxarı da çəkib aparır, sanki ayaqlarımyerdən üzülür. Gördüyüm məscid, qalxdığım dəmir pilləkənlər, sığalladığım qara daş,üst-üstə yığdığım yeddi daş, əllərimi göyə açıb etdiyim dualar, bu ocağın özünə aid izlər,kitablardan oxuduqlarım, eşitdiklərim, duyduğuməfsanələr hamısı bir harmoniya yaradır, sanki filmə baxıram. Və bu an qarşımda duaedən bir nəfərin necə ağladığını görəndə heyrətim daha da artır. Bu insan ağladıqcagözəlləşirdi, elə bil işığa çevrilirdi. Mənə elə gəlirdi ki, bu ocaqda əməlli-başlıgünəş doğubdu. İnanın ki, əlimi qayaya necə söykədiyimdən xəbərim olmadı. Hiss etdimki, mən bu dünyanın adamı deyiləm və qarşımdakı da mələkdi, arzularımı, dualarımıTanrıya çatdıracaq mələk! Çox qala bilmədim bu auranın içərisində. Qorxdum ki, günahlarımıda görüb üzümə oxuyar bu mələk… Üzü aşağı qayıtdım. Məni gözləyən sürücü təəccübvə həm də təlaş doğuran bir səslə:

- Müəllim, sizə bir şey olmayıb ki? Bəlkə təzyiqiniz qalxıb?

Cavab vermədim. Əl çantamdan dəftər-qələmi çıxartdım.


Bir sirli dünyadı - qapısı dua

Açıb əlimizi durduq diz üstə…

Bura ümidlərə yuvadı, yuva -

Toplanan dərdlərin durduq biz üstə!


Könlümüz sehirli işıqla durdu

Xoşbəxt anlarını duyduq həyatın…

Bu ocaq min illər keçilən yoldur -

Gəzdik sevə-sevə onun hər qatın…


Gözümüz hər daşda bir tarix gördü

Səsimiz sarıldı sərt qayalara…

Bizim ləpirləri cığıra hördü -

Apardı bu ocaq gör haralara…


Əshabi-kəhfdəki yaşanan zaman

Bizə unutdurdu dərdi, ələmi…

Elə oradaca əl atıb inan -

Çıxartdım cibimdən dəftər, qələmi…


Qarşımda günəşdən nurlu bir çöhrə

Sadəcə baxırdı, gülümsəyirdi…

Onun baxışı da, təbəssümü də -

Çiçək qönçəsində - gül üstə idi!


İçimdən bir ilıq meh əsdi keçdi

Titrəyən dizimi tutub saxladım…

Ürəyim elə bil nə isə içdi -

Özüm də bilmədim nədən ağladım…


Heyrət güc gəlmişdi, yoxsa ki, inanc

Anlaya bilmirdim, çözə bilmirdim…

Günəşdən də nurlu çöhrə önündə -

Dayana bilmirdim, dözə bilmirdim!


Əsrlər yaşayıb bir an içində

Görüb möcüzəsin duydum qüdrətin…

Ümidə büküldüm mən öz içimdə -

Qalmadı səcdədən başqa cürətim…


Başımı qaldıranda gördüm ki, sürücü artıq mənə iki stəkanda çay süzüb. Birikəklikotu çayıdı, biri də adi… Görünür soruşub mane olmaq istəməyib. Süzüb ki, hansını istəsə ondan içsin.Mən əlimi kəklikotu çayı süzülmüş stəkana tərəf uzatdım… O da gülümsədi, mən də.Ayağa qalxıb buranı tərk etmək istəyəndə sürücühələ hava limanında etdiyim ricanı mənə xatırlatdı:

- Müəllim, nəqədər istəsəniz dərman otları ala bilərsiniz…

Mən kəklikotuvə çiçəklər satan oğlana yaxınlaşdım…

TƏQVİM / ARXİV