ANA SƏHİFƏ / YAZARLAR

GÖZƏLLİYİ YAŞATMAQ

27649    |   2016-09-17 00:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Xeyirxahlıq və mərhəmət, barışcıllıq, hər yerdə hər zaman xoş niyyətlilik, qəhrəmanlıq, cəfakeşlik, vətən, valideyn sevgisi və aşiqlik... Bütün bunların da nüvəsində elə gözəllik bərq vurur, başqa cür mümkün deyil.
Mən noyabrın əvvəllərində bir neçə gün Ağcabədi və Ağdam tərəflərdə oldum. Çoxdan tanıdığım insanlarla yenidən görüşməyimdən, Milli Məclis üzvlüyünə seçkilərdə iştirak edən dostumun parlaq və halal qələbəsindən danışmayacağam, bu bir kitab söhbətidir. Ancaq etiraf edirəm ki, mövzu həmin günlərdə formalaşdı və qələmə alınacağı vaxtı gözlədi.
Bütün işlərimizlə bərabər mənim hərdən boş vaxtlarım, müəllim yanaşmasıyla desək, "pəncərəm" yaranırdı. Belə vaxtlarda işğal altında olan torpaqlarımız tərəfə baxıb nələr düşünmürdüm! Xəyalımda qəhrəmanlıqlar, qələbə törənləri qururdum, doğma, müqəddəs torpaqlarımızı bir daha əvvəllərdəki kimi arxayınca gəzməyin sevincini yaşayırdım. Bütün Qarabağı!
Düşüncələrimin, hisslərimin hamısını bölüşmək istəmirəm. Heç bu söhbət də uzun deyil, ovqat məsələsidir. Ancaq bir məqamı ayrıca danışmaq zərurəti var.
Kim deyir ki, pambıq əkib becərmək qul əməyidir? Siz məhsulu yetişəndə ulduz-ulduz işıq saçan pambıq tarlasını görmüsünüzmü? Bu gözəlliyə əllərinizlə toxunmusunuzmu? Ağcabədi keçmişlərdə respublikamızın ən iri pambıqçılıq rayonlarından biri olub. Necə ki, Ağdam üzümçülük, Cəlilabad taxılçılıq, Şəki maldarlıq və ipəkçilik, Lənkəran tərəvəzçilik və çayçılıq... Hərdən yol kənarlarındakı pambıq tarlalarında ağaran qozaları görəndə özümü güclə saxlayırdım. Ancaq bir dəfə sürücüyə işarə elədim ki, dayansın, baxmayaraq, işimiz tələsik idi. Maşından düşüb girdim tarlaya. Başladım kollardakı pardaxlanmış qozaları "soyundurmağa". Məktəbli olarkən bizi pambığa aparanda heç belə həvəslə yığmazdım. Beş-altı dəqiqəyə topladığım pambığı sahənin kənarındakı çəmənliyə qoyub tez maşına qayıtdım. Sürücü gəncdir, mənim bu hərəkətimə maddım-maddım baxıb bir şey anlamadı. Mənsə əməllicə rahatlanmışdım. Nə olsun ki, işim, peşəm başqadı. İndi mənim əllərim bir vaxtlar "ağ qızıl" adlandırdığımız pambıq kollarına, qozalarına toxunmuşdu. Əllərim qızıldan da qiymətli bərəkətli vətən torpağının bəhrəsini bütün varlığıma çəkmişdi...
Nə olaydı, bütün kəndlərimiz əkilib becəriləydi; hər yan tarla, hər yan plantasiya, hər yan zəmi, hər yan bağ-bağat...
Bir vaxtlar əməksevərliyi, vətənsevərliyi, xeyirxahlığı sosialist realizmi üslubunda təbliğ edən kitabları, bədii filmləri, digər sənət əsərlərini artıq bəyənməməyə, qəbul etməməyə başlamışdıq. Təbii idi. Çünki uydurma qəhrəmanlar, uydurma ideologiya prinsipləri bir yana, həm də bu tip sənət nümunələri bədii cəhətdən də zəif olub, daha bizi qane etmirdi. Biz artıq 20-22 yaşları adladıqca Hindistan melodramlarına tamaşa etməyi də tərgizmişdik. Ağladığımız günlərə gülürdük. Zövqlərimiz tamam başqa cür formalaşırdı, fərqli istiqamətlər götürürdü. Ancaq indi bəzi anlaşılmazlıqlarla rastlaşdıqda baxıb görürsən ki, bütün bunların bir müsbət tərəfi də olurmuş. Mən telekanallardakı düşük şoulara, ucuz seriallara, meyxana yarışmalarına baxmaqdansa, "Mosfilm"in köhnə zavod-fabrik, istehsalat, müharibə mövzulu həyati, hətta zəif filmlərinə də tamaşa etməyi üstün tutardım. Özümüzün "Böyük dayaq" tipli primitiv kino lentlərinə də. Çünki bütün bu köhnə və zəif ekran əsərlərinin, eləcə də Sovet ədəbiyyatının həm də çox gərəkli bir prinsipi vardı. Vətənə məhəbbət, əxlaq və mənəviyyat məsələləri hansı ideologiya üzərində olur-olsun müsbət istəklərə köklənirdi. Belə düşünürəm ki, indinin özündə də həyatın içindən qaynaqlanan, ancaq nisbətən müasir forma və məzmun daşıyan maarifçiliyə çox ciddi ehtiyacımız var. Mətbuat, televiziya, kino sənəti, musiqi və ədəbiyyat Vətəni, xalqı, dostluğu, mənəviyyatı tərənnüm edən "qızıl orta"nı müəyyənləşdirməlidir. Ritorikadan da qorxmamalıyıq. Kənddə torpaqları boş qoyub şəhərlərdə veyillənməkdənsə, kənddə yaşayıb adicə tərəvəz məhsulları üçün şəhərə üz tutmaqdansa, gözəlliyin uydurulması daha az ziyan verər, hələ ki. Çünki bir çox mühüm məsələlərdə bəyənmədiyimiz keçmişimizə uduzuruq. Özü də ciddi fərqlə.
... Məni də bu söhbətə görə "keçmişə həsrət" qınağına çəkməyə səbəblər axtarmayın. Bir müddət komsomol işində çalışsam da, kolxoz sədri olmamışam...
P.S. O gün televiziya kanallarında pambıq tarlalarını göstərirdilər. Pambıqçılığın gəlirli sahə olmasından, ölkəyə valyuta gətirəcək perspektivlərindən danışılırdı. "Ağ qızıl" gerçəkliyi etiraf olunurdu. Bir az ürkək, bir az nostalji notlarla.
Ancaq... Cənab prezidenti pambıqçılarla bir yerdə, sonra isə tarlada qozalardan ayırıb ovuclarında saxladığı "ağ qızıl"ı görüncə çox sevindim... Həm də bir zamanlar tez-tez pambıqçılarla görüşən və "ağ qızıl"ın hesabına kəndlərimizi dikəldən, ağ günə çıxaran Ulu Öndəri xatırladım...



YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK