ANA SƏHİFƏ / AVTOMOBİL

Qan xəstəliyi aşkarlanan daha bir cütlük hamiləlikdən imtina edib

96447    |   2016-09-16 17:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycandaaparılan tibbi müayinələr zamanı qan xəstəliyi aşkarlanan daha bir cütlük hamiləlikdən imtina edib”.

Adalet.az-ın verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, Perinatal Mərkəzdə dölün perinatal diaqnostikası aparılıb və anası-atası xəstə olan döldə də qan xəstəliyi aşkarlanıb. Onun sözlərinə görə, gənclərə bu barədə məlumat verilib və xəstəliyin ciddiliyi onlara izah olunub: "Nəticədə onlar hamiləliyi pozmağı qərara alıblar. Bir müddət öncə də hər ikisində xəstəlik aşkarlanan cütlüklərdən biri hamiləlikdən imtina edib. Bununla da xəstəlik səbəbindən hamiləliyi pozan cütlüklərin sayı 2 olub. Nikah öncəsi daşıyıcılıq aşkarlanan ailələrdən hamiləlik zamanı 30-a yaxın döldə genetik müayinə aparılıb. Onlar da ya daşıyıcı, ya da sağlam uşaqlardır”.

İnstitut direktoru vurğulayıb ki, bu vaxta kimi hər ikisində qan xəstəliyi aşkarlanan 7 cütlük nikaha daxil olmaqdan imtina edib.Z. Əlimirzəyeva əlavə edib ki, bu günlərdə hər ikisində xəstəlik aşkarlanan cütlüyün isə övladı dünyaya gəlib. Sentyabrın 6-da dünyaya gələn uşaqda heç bir kənara çıxma, anomaliya yoxdur: "Uşaq normal doğulub. Hamiləlik vaxtı aparılan müayinə ilə körpədə talassemiya daşıyıcılığı üzə çıxıb. Körpə valideynləri kimi daşıyıcı olsa da, sağlamdır”.




İmza:
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK