ƏLİNCƏYƏ GEDƏN YOL

ƏBÜLFƏT MƏDƏTOĞLU
63053 | 2016-09-16 16:49

Birinci yazı

Adətən hər hansıbir yazını yazmaq üçün fikrini toplamaq, əlinin altında olanları bir yerə cəmləməkvə yaxud da qaranlıq, şübhəli çalarları kimlər vasitəsiylədəqiqləşdirmək insan üçün təbii ki, həqiqi yazı adamıüçün önəmli şərtlərdən biridir. Amma elə yazılar var ki, onun üçün fakt axtarmağa,kimlərdənsə nə isə soruşmağa ehtiyac olmur. Çünki o yazını ürəyin hökmüylə yazırsan.Və yazılan da ağılın kəsdiyi, bir də göz yaddaşında olanlardı. İndi özünüz təsəvvüredin, ürək hökm edir, ağıl hərəkətə gələrək dəyərləndirir və gözün yaddaşında olanlarıbirlikdə kağız üzərinə çıxarırlar. Mən şəxsən bu cür yazıları həm ovqatın, həm dəruhun yazısı kimi, diktəsikimi qəbul edirəm. Kim necə düşünür düşünsün, ovqat yazısı uzun ömürlü olmaya dabilər. Lakin o yazılar qısa ömürlərini gözləmə mövqelərində daha da uzadırlar. Həminovqat hansı ki, o yazının yaranmasına səbəb olub, yenidən sahibinin qapısını döyəndəbax, həmin o anda gözləmə mövqeyində olan yazı yenidən boy göstərir, yenidən çiçəkkimi açılır… Deməli sözün ölməməsi fikri burda özünü bir daha təsdiq etmiş olur!..

Bəli, neçə gündürki, səfərdən qayıtmışam. Amma bəri başdan deyim ki, qayıdıb gələn cismimdi, ruhumorda qalıb. Və onu da deyim ki, bu yazını oxuyan və sonra da məni qınamaq, nədəsuçlamaq istəyənə bəri başdan deyirəm ki, mən bu yazınıyazanda başımın üstündə dayanan Allah idi, ürəyimdəki də Allah xofu… və nəhayətbu yazını da elə mənə yazdıran Allahın diktəsiydi. Onun köklədiyi varlığın sözün içində söz axtara-axtaravəsf etmək, tanıtmaq israrıyla vərəqləri çevirirdi. Elə həmin o çevirmələrin içərisindədoğulurdu bu yazı. Amma gec də olsa üzürxahlıqedim ki, mən yazıya göy üzündən başlamaqda gecikdim. Gərək ordan başlayaydım. Axı,göy üzü Allaha daha yaxındı. Və mən Bakı hava limanından göy üzünə qalxanda nələr keçirdiyimibir anlıq unudub nələrə doğru getdiyimi gözümün önündə canlandırmaq istədim, ammabacarmadım. Çünki Bakıda, ölkənin paytaxtında eşitdiklərim, iqtidar-müxalifət mətbuatındanoxuduqlarım düşüncələrimdə bir xaotiklik yaratmışdı. Hər şey qarışmışdı bir-birinə.Nəyin ağ, nəyin qara olduğunu ayıra bilmirdim, seçə bilmirdim. Üstəlik həm də özümün bu getdiyim ünvanla sonuncu əlaqənin arasında24 illik bir məsafə var idi. Mən son dəfə Naxçıvana 1992-ci ildə getmişduim. Ona görə də az qala əsrin dörddə biri ölçüsündəolan bu zaman kəsiyində Muxtar Respublikada baş verənlərin, dəyişənlərin bir neçədəfə televiziya versiyalarını görmüşəm, başqa heç nə…

Bəli, göy üzü Allahadaha yaxındı. Və mən təyyarədə olarkən öz-özümə düşünürdüm ki, əgər ötən əsrdə getdiyimyolu, yəni Naxçıvana qatarlarla olan səfərimi bərpa etmək mümkün olsaydı, mən indiArazboyu gedirdim. Çayın 3 kilometr ərazidə bir-birinə qovuşmadan yanaşı axan ikihissəsini, dupduru və bulanlıq çöhrələrini müşayiət edirdim. Neyləyimki, indi ümid göy üzünə qalıb və mən də buludların üstüylə uçuram Naxçıvana. Onuda etiraf edim ki, təyyarə heç mənlik deyil. Başqa yol da yoxdu!..

Hə, buludların üstüyləuçuruq. Ağır və tutumlu hava gəmisində olan sərnişinlərin demək olar ki, 99,99 faiziNaxçıvan sakinidi və yaxud orada doğulanlardı. Cəmi birneçə nəfər bu torpağa ilk dəfə üz tutur. Elə bu üç-dörd nəfərdi Naxçıvandan danışan.Digərləri isə özləriylə, ailələriylə, problemləriylə məşğuldular. Mən təzadlı, üstəlikbir az da adamı gərginlikdə saxlayan düşüncələrin içərisində, daha doğrusu, bu havagəmisində vaxtın durduğunu hiss etdim. Bir anlıq elə bildim ki, təyyarə uçmur, eləbir nöqtədə dayanaıb. Düzünü deyimki, cəsarət edib yanımdakılardan da heç nə soruşmurdum. Amma bəxtimdən yanımda əyləşənsərnişin üzünü mənə tərəf çevirib bir aşağı baxın dedi. Daha dayanıb gözləmək mümkündeyildi. Özümü toparlayıb üzü aşağı baxdım. Uzun bir yol gördüm.

Məni aşağı baxmağa həvəsləndirən həmin o sərnişin yenəbir iddialı, bir fəxarət hissi ifadə edən tonda:

- Şəhərin yoludu– Naxçıvanın!

… Və burdan başladıyazım. Təyyarə hava limanına enəndə artıq içimdə bir yazı dünyaya gəlmişdi. O yazınınadı «Yol» idi. Və həm də o yazının özü də elə yolu ifadə etmək üçün, yolu göstərmək,tanıtmaq, təqdim etmək üçün doğulurdu. Bəlkə də artıq doğulmuşdu. O zaman mən onunfərqinə vara bilməmişdim. Elə ki, bilgisayara diktə etməyə başladım, onda gördüm ki, mən hazır bir yazınıgözümün önündəki vərəqlərdən oxuyuram. O yazı…


Açıram mən səhəri

Qolların arasında

Görürəm mən özümü-

Xoşbəxtlər sırasında-

Ümid!


Bütün ağrı-acılar

Durur dizdən aşağı…

Xoşbəxtliyin özüdə indi

Bizdən aşağı-

Ümid!


Bu qurban səhərinin

İlk və son qurbanıtək

Naxçıvan şəhərinin

Dan üzünü gözə çək-

Ümid!


Qoy alışsın könlümün

Hər nöqtəsində birşam.

Ümidimlə qol-boyun

Yatdım, durdum bu axşam -

Ümid!


***

Buda Naxçıvanın hava limanı. Mən ətrafa diqqət yetirirəm. Səliqə-sahmana söz ola bilməz.Amma burda mənə xüsusilə xoş gələn bir detalı mütləq yazmalıyam. Hava limanın binasında,həm kassaların önündə, həm gözləmə zallarındakiminsə çıxarıb siqaret çəkdiyini görmək mənə nəsib olmadı. Üstəlik, geyimlərindən,hərəkətlərindən, adamlara münasibətlərindən bu hava limanın məmurları olduğu bilinəninsanlar da siqaretlərini limanın çölündəki zibil qutusunun yanında çəkirdilər.Sonra siqareti atıb içəriyə qayıdırdılar. Bunun əksini isə Bakıda, elə uçduğum günmüşahidə etmişdim. Hava limanının özündən razı bir məmuru barmaqlarının arasındakıtüstülənən «Malboro» siqaretinin külünü hara çırpacağını bir anlıq təxmin etməyəçalışdı, sonra qərar verə bilmədi və lap sonra da onu biletlər satılan kassanın bir küncündə yerə atdı…

Zənnimcə,bu adi bir fakt olsa da, amma eyni müstəvi üzərində tamam fərqli bir formada ortayaçıxdı. Bizdə, sərnişində fərqliovqat yaratdı, düşüncə formalaşdırdı. Və mən ilk qarşılaşdığım bu faktdan özümə nəticəçıxardım.Bildim ki, qonaq olsam da, siqareti harda yanıdırıb çəkəcəyimi bilib yadımda saxlamalıyam.Sonra hava limanının sərnişinlərin çamodanlarını və digər yüklərini onlara çatdırandairəvi fırlanan eskalatorun yanında dayanmış adamlara yaxınlaşdım balaca əl çamadanımı götürmək üçün. Bu vaxt sərnişinlərdənbiri kənarda dayanıb müşahidə edən liman işçisini səslədi. Onun narazılığı bağlamasınınbüküldüyü kağızın bir az cırılmasından idi. Elə yerindəcə məsələ araşdırıldı, yükləritəyyarədən eskalatora doğru yönəldənnümayəndə xəbərdarlığını aldı və yük sahibindən üzr istədi. Bu faktı da elə-beləyazmıram. Demək istəyirəm ki, burda haqqını tələb etmək və üzr istəmək mədəniyyətinində şahidinə çevrildim. Anladım ki, heç kim heç kimə borclu qalmır və heç kim dəözünü başqa birisindən üstün tutmur. Hamı vətəndaşdı və hamı da öz vətəndaş missiyasındançıxış edir… Nə isə…

Buda hava limanının həyəti… Müştəri gözləyən taksilər heç kimin üstünə qaçmır… qışqırıbheç kimi heç hara səsləmir. Sakitcə dayanıb özmüştərilərini gözləyirlər. Onların ətrafında isə xidməti köynəklərdə olanadamlar müxtəlif işlər görürlər. Biziqarşılayan sürücüdən nə baş verdiyini soruşuram. Çox təmkinlə, heç nə olmamış kimicavab verir:

- Ciddi bir məsələyoxdu. Sadəcə, tez-tez abadlıq işlərinə diqqət yetirilir. Havanın, günəşin təsiriyləsolan,keyfiyyətini itirən işarələr yenidən rənglənir.Ağacların, kolların dibləri boşaldılır…

Onun söylədiklərinidinləyə-dinləyə dörd tərəfəbaxıram. İnanın ki, (bəzən yaşlı adamlar hələ də bu ifadədən istifadə edirlər –Ə.M) yerdə diş qurtlamağa, yəni təmizləməyə bir çöp də yoxdu. Dörd tərəf adamınüzünə gülür. Ölkəmizin bir-iki hava limanı gəlib keçdi gözümün önündən. Təəssüfki, bu səliqəni onların heç birində görməmişəm.

Daxilən yavaş-yavaşdüşdüyüm mühitə köklənirəm. Arıtq elə bil kimsə, nəsə hər şeyin bu cür səliqəliolacağını mənə yükləyir, məni buna inandırır. Hərəkət etdikcə də mən inandığımınşahidinə çevrilirəm. Biz yolüstü bir stəkan çay içtmək üçün hava limanın yaxınlığındakıailəvi restorana gedirik. Restoranın ətrafında hələ təyyarədə eşitdiyim hava proqnozuyadıma düşür. Biz Naxçıvana eniş edəndə bildirmişdilər ki, Muxtar Respublikada havanıntemperaturu 34 dərəcədi. Elə ki, ailəvi restorana daxil oluruq, bu təbiət guşəsiadama sanki qalın bir paltar, köynək geyindirir, yaşıllığın içərisində itib batırsan.Müxtəlif ağaclar, xüsusilə çinarlar boy-boya verib. İynə ucu ölçüsündə günəş şüasınıo ağacların dibində görmək mümkün deyil. Su arxları mənə Qarabağı, kəndimi xatırlatdı.Orada da meşədə,talalarda sular öz istədiyi kimi axırdı,burda da sular azad idi, sərbəst idi. Əlimi toxundurduğum yaşıl otlar qəribə birtəəssürat yaradırdı. Sanki uşaq yaddaşımı oyadırdı. Səhərlər üstündə qaçdığım yaşılotların pıçıltısını mənə eşitdirirdi. Hələ bu bağda səs-səsə verən quşları, onlarınyaratdığı auranı… Bütün bunları yaşamaq nə qədər gözəldi.

Mənbir daha əmin olurdum ki, insan hər şeyə qadirdir. Boş səhrada da yaşıllıq salabilər, boş səhraya da su çəkə bilər. Bunlarişin yarısıdı. Amma onu yaşamaq və onun içərisində də özünü yaşatmaq, mən bununnümunəsini Naxçıvanda görürdüm. Bir məqamı da vurğulamığın yeridi. Bu bağda Azərbaycanınmilli məişətinin, milli mədəniyyətinin sənətnümunələri də müştəriləri qarşılayır. Baxıb gülümsəmək, düşünmək və xatırlatmaqifadə edən nümunələr. İstər təndirə çörək yapan analarımız… istər lavaş bişirən,oxlov tutan, istər kabab çəkən… istər dəvəsinin ovsarını əlində saxlayan… istərsədə süni göldə, fontanın ətrafında həm heykəlləşən, həm də üzən qazlar, qular… Oqədər dəqiq ölçülüb-biçilmiş,dizaynı son dərəcə təbii şəkildə, amma adama rahatlıq verən üslubda qurulub burdahər şey ki, ondan göz çəkmək mümkün deyil. Bax, mən də bu cənnətdə yaşadığım çoxqısa bir zamanın içərisində gözümün önündən hələ getməyən buludları yarıb üzü aşağıenərkən gördüyüm, müşahidə etdiyim yolu düşünürdüm. O yol məni gözləyirdi. Və məndə o yolun ipucunu əlimdən buraxmaq istəmirdim. Ona görə də doymadığım samovar çayınıyarımçıq qoyub «yolçu yolda gərək» deyib maşina tərəf getdim. Qarşıda sorağını duyub,özünü görmədiyim bir yol vardı. O yol məni Əlincəyə aparırdı…


TƏQVİM / ARXİV