Müəllim bizi çubuqla döyərdi

OĞUZ AYVAZ
46182 | 2016-09-15 13:04

Həzrəti Əli deyirdi ki, mənə bir hərf öyrədənin köləsi olaramBundan 19 il əvvəl sentyabrın birində məktəbhəyatıma başladım. Yəqin düşünürsünüz ki, Bakıda oxumuşam, ancaq yanılırsınız.Tiflisdə adını unutduğum orta məktəbdə birinci sinifə qədəm qoymuşdum. Ovaxtlar həmin məktəbdə Azərbaycan bölməsimövcud idi. Sinif yoldaşlarımın hamısı da azərbaycanlı uşaqlar idi. Onu dadeyim ki, məktəbə getmək istəmirdim. Kənddə qalıb, çobanlıq etmək fikirindəydim.Ağlaya-ağlaya nənəmin ətəyindən yapışmışdım ki, mən heç yerə getmirəm. Atambaşa salmışdı ki, oxumalıyam. Açığı həm də qorxurdum. Buna görə də məni bacımlabirgə məktəbə yazdırmışdılar. Bacım məni təhlükələrdən qoruyacaq, sanki cəbhəyəyollayıblar məni. Hətta bağçaya belə getməyə qorxurdum. Bağça müəllimələriyeməyimi yemədiyimə görə məni çubuqla döyürdülər. İlk nifrət hisslərim də ovaxtdan yaranmışdı.

Tiflis orta məktəbində ikinci sinfə qədər oxudum.Məktəbdən ayrılan gün bütün sinif uşaqları, müəllimələr gözyaşlarını saxlayabilməmişdilər. Bakıya köçmüşdük. Tiflis üçün burnumun ucu göynəyirdi. Bakıdakıməktəb illərimi həmişə hüznlə xatırlayıram. Çünki gözəl günlər yaşamışdım.Xatirələr əzab verirdi mənə. Lalə Məmmədovanın məşhur mahnısı "Məktəbilləri”ndə dediyi kimi sehirli və qayğılı günlər artıq xatirələrə çevrilmişdi.Sinif rəhbərimiz dərslərimizdən aşağı qiymət alanda bizə yumruq göstərirdi. Buo demək idi ki, ya oxuyacağıq, ya da döyüləcəyik. Tiflisdə olduğu kimi Bakıdada bacımla sinif yoldaşı idik. Onuncu sinifə qədər yaxşı oxumuşdum. On birinciolduqdan sonra isə dərsdən qaçmağa başlamışdım. Qız sevməyə, avaralanmağa dahaçox həvəsli idim. Dərsin sonunda bacımın yanına gəlir, ona bu günkü gün haqdaanama bir şey deməməsi üçün yalvarırdım. Bəzən isə rüşvət vermək istəyirdim.Ancaq bacım əlaçı, sinif nümayəndəsi və seçilən şagirdlərdən idi. Heç bir şeyistəmirdi. Evdə hər şeyi, ən xırda detallarına kimi danışırdı. Məktəb mənimüçün ikinci ev idi. Atatürkün sözlərini xatıryaıram: Müəllim şam kimidir, özüyanıb tükənərkən ətrafını işıqlandırır.

Son zəng günü də həyatımın unudulmaz günü oldu.Bundan sonra müstəqil həyat bizi gözləyirdi. Ən əsası həyatla mübarizə, yaşamaqgözləyirdi. Yuxudan ayılmaq vaxt idi. 


TƏQVİM / ARXİV