ANA SƏHİFƏ / YAZARLAR

Müəllim bizi çubuqla döyərdi

23484    |   2016-09-15 13:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həzrəti Əli deyirdi ki, mənə bir hərf öyrədənin köləsi olaramBundan 19 il əvvəl sentyabrın birində məktəb həyatıma başladım. Yəqin düşünürsünüz ki, Bakıda oxumuşam, ancaq yanılırsınız. Tiflisdə adını unutduğum orta məktəbdə birinci sinifə qədəm qoymuşdum. O vaxtlar həmin məktəbdə Azərbaycan bölməsi mövcud idi. Sinif yoldaşlarımın hamısı da azərbaycanlı uşaqlar idi. Onu da deyim ki, məktəbə getmək istəmirdim. Kənddə qalıb, çobanlıq etmək fikirindəydim. Ağlaya-ağlaya nənəmin ətəyindən yapışmışdım ki, mən heç yerə getmirəm. Atam başa salmışdı ki, oxumalıyam. Açığı həm də qorxurdum. Buna görə də məni bacımla birgə məktəbə yazdırmışdılar. Bacım məni təhlükələrdən qoruyacaq, sanki cəbhəyə yollayıblar məni. Hətta bağçaya belə getməyə qorxurdum. Bağça müəllimələri yeməyimi yemədiyimə görə məni çubuqla döyürdülər. İlk nifrət hisslərim də o vaxtdan yaranmışdı.

Tiflis orta məktəbində ikinci sinfə qədər oxudum. Məktəbdən ayrılan gün bütün sinif uşaqları, müəllimələr gözyaşlarını saxlaya bilməmişdilər. Bakıya köçmüşdük. Tiflis üçün burnumun ucu göynəyirdi. Bakıdakı məktəb illərimi həmişə hüznlə xatırlayıram. Çünki gözəl günlər yaşamışdım. Xatirələr əzab verirdi mənə. Lalə Məmmədovanın məşhur mahnısı "Məktəb illəri”ndə dediyi kimi sehirli və qayğılı günlər artıq xatirələrə çevrilmişdi. Sinif rəhbərimiz dərslərimizdən aşağı qiymət alanda bizə yumruq göstərirdi. Bu o demək idi ki, ya oxuyacağıq, ya da döyüləcəyik. Tiflisdə olduğu kimi Bakıda da bacımla sinif yoldaşı idik. Onuncu sinifə qədər yaxşı oxumuşdum. On birinci olduqdan sonra isə dərsdən qaçmağa başlamışdım. Qız sevməyə, avaralanmağa daha çox həvəsli idim. Dərsin sonunda bacımın yanına gəlir, ona bu günkü gün haqda anama bir şey deməməsi üçün yalvarırdım. Bəzən isə rüşvət vermək istəyirdim. Ancaq bacım əlaçı, sinif nümayəndəsi və seçilən şagirdlərdən idi. Heç bir şey istəmirdi. Evdə hər şeyi, ən xırda detallarına kimi danışırdı. Məktəb mənim üçün ikinci ev idi. Atatürkün sözlərini xatıryaıram: Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır.

Son zəng günü də həyatımın unudulmaz günü oldu. Bundan sonra müstəqil həyat bizi gözləyirdi. Ən əsası həyatla mübarizə, yaşamaq gözləyirdi. Yuxudan ayılmaq vaxt idi. 




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK