adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Sentyabr 2016 09:22
49176
TEXNOLOGİYA
A- A+

“Twitter” işarə siyasətini dəyişir

"Twitter" sosial şəbəkəsi işarə özünün siyasətini dəyişməyi qərara alıb.

Yeni qaydalara əsasən mikrobloqdakı mediakontentlər və sitat kimi verilən başqa "tvit"lər bədnam 140 işarə çərçivəsində sayılmayacaq. Yəni bunları paylaşmaqla bərabər, 140 işarədən ibarət müşayiətçi yazı da vermək mümkün olacaq.

Yenilik sentyabrın 19-dan tətbiq ediləcək. Şəbəkə foto, gif-animasiya, video, sorğular və başqa bu tip paylaşımları məhdudlaşdırmayacaq. Sitat kimi paylaşılan "tvit"lərə də məhdudiyyət şamil olunmayacaq.

Lakin sosial şəbəkənin yeni qaydaları eyni anda, yoxsa tədricən tətbiq edəcəyi hələ dəqiqləşməyib.