adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Erməni yazmaz!

ORXAN ARAS
24432 | 2013-02-07 11:20
Bir neçə il əvvəl Almaniyada Alperen Çelik adında gənc bir elm adamı "Erməni Faciəsi " adlı almanca bir kitab yazdı. Min kitabı oxuduqdan sonra həm bu qəzetdə: həm də Almaniyada almanca bir yazı yazdım və yazıçısını alqışladım. Çünki kitabında dürüstcə iki xalqın da ağrılarını, aldanışlarını, itkilərini bir elm adamına yaraşan şəkildə tərəfsiz vermişdi.
Bizim yaşadığımız İğdır bölgəsində də atalarımız məşhur "Qaçaqaç" faciəsindən bəhs edərkən göz yaşları içində o günləri yad edir, amma erməniləri də topdan qaralamazdılar. Mütləq "Yaxşı bir erməni qonşum var idi," deyə sözə başlayıb,onlarla olan gözəl əlaqələrindən, dostluqlarından danışardılar.
Dədəm Molla Həmzə ailəsi ilə birlikdə erməni zülmü səbəbiylə 1919-cu ildə İrana qaçmış və dörd il qürbətdə yoxluq içində yaşamış, dörd il sonra kəndinə dönərkən qohumlarından çoxunun yoxa çıxdığını görmüşdü. Amma hadisələri izah edərkən əsla vicdansız davranmazdı. Heç unutmaram, bir erməninin dörd qardaşı ermənilər tərəfindən öldürülən bir adam tərəfindən silahla necə vurulduğunu izah edərkən o adamın qara bəxtinə və ölümünə hönkür-hönkür ağlamışdı.
Bütün ətrafımızdakı insanlar bu cür gerçək hekayələri izah edər və səmimi olaraq üzülərdilər. Çünki onlar vicdanlı, ədalətli insanlardı. Dədəm rəhmətlik hər sözünün başında: "Adam gərək imanını itirməsin!"- deyərdi. Bu söz vicdanlı olmaq üçün sanki bir sənətdir onlar üçün.
Biz bu vicdanı nə təəssüf ki, ermənilərdə görə bilmədik! Onların ziyalıları, yazıçıları bu ədaləti heç bir zaman göstərmədilər. Ədalətlərini göstərsəydilər, bizlər onlardan on qat daha çox göstərərdik.
İllər sonra Almaniyaya gəldim və burada müxtəlif yerlərdə türkiyəli ermənilərlə tanış oldum, onlarla söhbət etdim, mübahisə etdim. Mən, İğdırda eşitdiyim o keçib getmiş insanların dostluq duyğularından bəhs etdim. Bir erməni  mənə: "Sən haqlısan, biz də səhv etdik, rusların oyununa gəldik, minlərlə insanın ölməsinə səbəb olduq,"- demədi. Buraxın belə deməyi, bir nəfər belə: "Mənim yaxşı bir müsəlman qonşum var idi",- demədi. Deməzlər də ... Çünki kin və intiqam insanın beynini zamanla məhvə uğradar, yaxşılıq duyğularını yox edər.
Türkiyədə zaman - zaman yazarlar erməni məsələsi, ermənilərin sürülməsi və ya öldürülməsi haqqında erməni tezislərini dəstəkləyərkən məqalələr, kitablar qələmə alırlar.Yazsınlar! Amma hamımız, bir nəfər də cəsur erməni yazıçısı çıxsın və o da məqalə, kitab yazsın və: "Bizi bədbəxt edən qüvvələr var, bizim uşaqlarımızı, gənclərimizi, "Böyük Ermənistan" deyə - deyə zəhərləyən, tarix boyu rahat yaşamağa qoymayan yalançılar var, " - deyə yazsın! Yazmadılar! Yazmazlar!
Çünki erməniləri bədbəxt edən, birincisi onların qürurları, o bitib - tükənmək bilməyən xəyalları, ikincisi isə onların qardaş deyə inandıqları Rusiyadır və Rusiya yalnız öz siyasi mənfəəti üçün tarix boyu ermənilərə rahat verməmişdi. İşin pis tərəfi də bu xalq özünü ağıllı, hətta dahi kimi göstərməyə cəhd etsə də, heç cür bu rus oyununun fərqində olmamış və yüz ilə yaxındır nə özləri rahatlıq tapmış, nə də qonşularına rahatlıq vermişlər.
Ruslar amansızcasına bu bir neçə milyonluq xalqı gah Türkiyəyə, gah Azərbaycana, gah Gürcüstana bəla kimi göndərmişlər. Nə zaman Azərbaycan müstəqil, azad olmaq, bütün dünyadakı o biri xalqlar kimi bir azacıq rahat yaşamaq, öz ölkəsi içində gülərək, sevinərək, insan kimi yaşamaq istəmiş, dərhal bu özünü ağıllı görən ağılsız millət rusların oyunlarına gələrək dərhal minlərlə ildir qonşusu olan, musiqisi, yeməyi, insanı bir-birinə bənzəyən insanlara hücuma keçmiş və onu yaralamışdır.
Heç bir ağlı başında insan, biz qonşumuzla davamlı vuruşaq, davamlı bir-birimizi öldürək, onları yox edək, deməz, deyə bilməz! Bunu yalnız ermənilər deyirlər və həyata keçirdirlər. Sabah onlara:  ::: "Olsun, Qarabağı da sizə verdik" - desək, yenə əl çəkməyəcəklər və başqa yerləri də istəyəcəklər. Çünki bu kin, bu intiqam duyğusu onları məhv etmiş və uşaqlarını da kilsələrdə, məktəblərdə eyni zəhərlə zəhərləməkdədirlər.
Təbii ki, bir yazar olaraq, hətta bir insan olaraq: "Bitsin bu kin, bu düşmənçilik" - deməliyik! Bunu demək ən əvvəl iki tərəfin də yazarlarının, ziyalılarının vəzifəsidir.
Əlbəttə ki, köhnə qonşularımız, köhnə dostlarımızı gözəl duyğularla xatırlamalıyıq. Biz azərbaycanlı, biz türkiyəli, biz müsəlman olsaq da əvvəl insanıq! Şəhriyarın da dediyi kimi": İnsan olan xəncər belinə taxmaz!" Biz: "Silahlar əbədi olaraq basdırılsın!" - deyirik.
Bizim yazıçılarımız ermənilərin ağrılarını da yazırlar. Hətta  öz xalqının ağrılarını gözardı edərək tam ermənilərin istədikləri şəkildə yazırlar. İstər Türkiyədə, istər Azərbaycanda yazılmış yüzlərlə humanist və ya qəsdli yazılmış yazıları xatırlayın! Hətta xalq hekayələrimizi xatırlayın! Məsələn, "Əsli və Kərəm", "Bahadır və Sona", "Şeyx Sənan" və daha onlarla belə əsərlər, mahnılar, filmlər... O hekayələrdə bizim insanların geniş ürəklərini, nikbin görüşlü hərəkətlərini xatırlayın! Böyük Şeyx eşq üçün dinindən dönər, donuz çobanlığı edər! Bütün bunlar xalqımızın yaddaşında müsbət yerini almış və eşq üçün hər şeyin ediləcəyi kimi izah edilmişdir.
Lakin erməni yazmır və erməni bu kindən imtina etmir!
Bizimkilər yazır! Yazarkən bir az ölçünü qaçıraraq yazırlar!
Bəlkə gün gələcək hamımız dostluqdan, qardaşlıqdan, qonşuluqdan yazacağıq.
Amma erməni yazmadı, yazmır və yazmayacaq! Bütün məsələ budur!
Orxan ARAS
Almaniyadan yazır
[email protected]

TƏQVİM / ARXİV