adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Azərbaycan?!

RÜFƏT SOLTAN
27812 | 2016-09-14 12:19

24 illik həyatımda ilkdəfə mənə belə bir sual ünvanlandı: "Azərbaycan?!."

Açığı bu sualınqarşısında bir anlıq donub qalmışdım. Cavab verə bilmədim, çünki sualın məğzi məniaçmamışdı: "Necə yəni Azərbaycan?"

Qarşımda əyləşən tarixçiünvanladığı sualı təkrar söylədi. Açığı, düşünməli idim. Bəziləri bilir ki,müsahibə mərhələsi insanı necə qəliz suallarla qarşı-qarşıya qoyur. Belə sualıncavabı əslində çox geniş və əhatəli idi. Bir anlıq donmuş beynim sanki açıldı vətarixçinin bu əsrarəngiz orijinal sorğusuna cavab verməli oldum...…

Tarix, coğrafiya, ərazimənsubiyyəti və s. eskizləri beynimdə qaraladığım kimi əslində bunlartarixçinin nəzərindəkilərlə eynilik təşkil edirdi. Belə bir unikal və qeyri-dəqiqsualın qarşısında məncə, kim olsa donub qalardı. Sevinirəm ki, həmin müsahibədənüzüağ çıxmağı bacardım. Ancaq "Azərbaycan?!" adlı sual məni evə gələnəkimi yolboyu düşündürürdü. Bu "Azərbaycan nədir?", "Azərbaycanharadır?" və yaxud "Azərbaycanı necə təsvir edərsən?" kimi suallardanibarət deyildi. Lakin onların yığcam variantı hesab edə bilərəm. Məni düşündürəno idi ki, əgər əhali arasında bunu sorğu şəklində təklif etsək, həmvətənlərimnecə cavablandırar?..

Təsəvvür edin ki,Bakının mərkəzi küçələrindən birində yoldan keçəni saxlayıb ona "Azərbaycan?!"deyə soruşursan. Təbii ki, qısa müddətlik profilaktikadan sonra çox gümankı"sadə vətəndaş"ın ilkin reaksiyası belə olacaq: "Vətənim",nə bilim yurdum yuvam, və s. dolğun klassik fikirlər. Onları sorğuya çəkənmüxbirimizin məqsədi isə əhalinin öz ölkəsi haqqında ümumi dünyagörüşünün nəyerdə olduğunu üzə çıxarmaqdır.

Gəlin belə edək, düşəkBakının canına və hər küçədən bir şair, bir politoloq, bir məktəbli, bir tələbəvə bir mütəfəkkiri sorğulayaq. Şairin heç bir məna kəsb etməyən lazımsız sətirləriNizaminin, politoloqun qeyir-səmimi siyasi şərhləri cırtdanın, məktəbli və tələbəninmöhtəşəm təfəkkür nümayiş etdirməyə can atması gələcəyimizin, mütəfəkkirin isəbizə intervü verməkdən imtina etməsi ölkədə insanlara olar sayğı və sevgininaxırına çıxacaq. Bəs yaxşı Azərbaycan?!…

Azərbaycan nədir?!

Məncə, bunlar əbəsdir.Qayıtmalıyam həmin o tarixçinin düşüncələrinə. Axı mən onları oxumağıbacarmışdım. Özümü öymürəm qətiyyən. Mənim yerimdə kim olsa bu möhtərəm sualıcavablandıra bilərdi. Elə isə özümüzü özümüzdən çəkindirən nədir? Məgərinsanlara mentalitetlə, gənclərin geyim tərzi ilə, Avropaya inteqrasiya mövzusuətrafında qeyir-ciddi suallarımı ünvanladım ki, müsahiblərimiz mental dəyərlərimizləbağlı öz şəxsi münasibətlərinin yayımlanmasından çəkinsin. Və yaxud"şortik" geyinənləri təhqir edib əvəzində cavab rəylərindənmiqorxsunlar?

Əgər elədirsə "Azərbaycan?!"sualına cavab verərkən tam səmimiyyətə önəm verib Sisianovun biqeyrət olması,coğrafi ərazilərimizin təsvirini verərkən rus və İran rəhbərlərinin şərəfsizolması, erməni riyakarlarının törətdiyi izaholunmaz vəhşiliklərdən bəhs edək bəlkə.Hər şey mümkündür, anladım ki, bu sual qarşılığında tarixçi məndən primitivorta məktəb biliklərimi də tələb edirdi. Gələcəyin mütəfəkkiri ola biləcəyimibelə ağlımdan fraqment kimi keçirdiyimi danmıram. Elə isə o yolda tutubdanışdırdığımız müsahiblərim niyə özalərini çətin yola salırlar? Məgər bu qədərmiçətindir sualı cavablandırmaq?.. Doğrudur, əslində sualın universal xarakterdaşıması cavabını haradan başlayacağımızda bizə çətinlik yaşadır. Çox bilirikancaq cavabın hansı qulpundan tutacağımızı bilmirik. Məncə, hər bir kəs öz sahəsinəuyğun şəkildə cavablandırsa belə "Azərbaycan?" sualı haqqında yekun nəticəyəgəlmək olmaz.

Əslində hər hansı nəticəməsələnin məğzi kimi görünmür. Sadəcə əsas hesabatda Azərbaycanın şərqdə ilkdemoktratik respublika olması, ilk opera bəstəsini verən ölkə olmağımız və birçox tarixi nailiyyətlərimiz bilinməsi vacib olan yaddaşımızdır. Həmçinin Azərbaycanşərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub. Tarixdə düşmənlərimizə qarşıcəsur hökmdarlarımız, o cümlədən silahı qələm olan dahilərimizin də ruhu ölkəmizinüzərində gəzir. Onların qoyub getdiyi Azərbaycanın tərifini tez-tez duymaq istəyirlər.Ruhları şad olsun!..

Rüfət Soltan

TƏQVİM / ARXİV