adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Bakıya heyran qalan Atilla

ETİBAR CƏBRAYILOĞLU
52487 | 2016-09-10 14:12

Yay tətilinibaşa vuranlar artıq iş yerlərinə dönürlər. İstirahətini bu dəfə valideynləri,doğmaları ilə bir arada keçirən Atilla Əskərov da geriyə - okeanın o tayınaqayıtmağa hazırlaşır. Amerika Birləşmiş Ştatlarının məşhur Deloitte şirkətindərobotlaşdırma üzrə elektrik mühəndisi kimi çalışan, Virciniyadakı nüfuzlu CorcMason Universitetində doktorluq dərəcəsi almağı qarşısına məqsəd qoyan azərbaycanlımütəxəssislə görüşüb işləri, elmi fəaliyyəti barədə danışdıq. Azərbaycanı Vətəndənuzaqda layiqincə təmsil edən gənc alim doğma Bakı haqqında təəssüratlarını dabizimlə həvəslə bölüşdü.

- ABŞ-ın nüfuzluşirkətlərindən birində çalışan,robotların sənayenin müxtəlif sahələrində tətbiqi ilə bağlı elmiaraşdırmalar aparan həmyerlimiz Atilla Əskərovla daha yaxından tanış olaq...

- 2003-cü ildəBakıdakı 6 saylı orta məktəbi bitirmişəm. Yeri gəlmişkən, bizim məktəbin məzunlarıarasında çox məşhur insanlar var. Azərbaycan Prezidenti İlham Əliyev də məhzbizim məktəbdə təhsil alıb.

Orta məktəbibitirən ili Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Texnik Universitetədaxil oldum. Mexanika fakültəsinin makina mühəndisliyi ixtisası üzrə bakalavr təhsilialdıqdan sonra 2010-cu ildə ABŞ-ın Virciniya Universitetində təhsilimi davametdirməyə başladım. Orada aerokosmik mühəndislik üzrə magistraturanı uğurlatamamladım. İndi isə Virciniyadakı Corc Mason Universitetində doktorluq işimimüdafiə edirəm. Bu ilin fevralından dünyanın tanınmış şirkətlərindən sayılan,baş ofisi Arlington şəhərində yerləşən Deloitte şirkətində çalışıram. Təəssüfki, şirkətdəki fəaliyyətimlə bağlı geniş açıqlama verə bilməyəcəyəm.

- Niyə?

- İşimizinxüsusiyyətləri barədə mətbuata ətraflı məlumat verməyim düzgün alınmaz. Yalnızonu deyə bilərəm ki, robotlaşdırma üzrə elektrik mühəndisi olaraq çalışıram.Robotların kontrol alqoritmləri üzərində işləyir, onların dəyişən mühitə qarşıuyğunlaşmasını təmin edən proqramlar hazırlayırıq. Şirkətimiz daha çox federalsifarişlər yerinə yetirir. Dövlət layihələrinin nədən ibarət olduğunu isə deyəbilməyəcəyəm. Məncə bu qədər yetər...


- Şirkətdə səndənbaşqa da azərbaycanlı çalışırmı?

- Mənimtanıdığım yoxdur. Yəqin siz də razılaşarsınız ki, 3 mindən çox əməkdaşınçalışdığı şirkətdə hamını tanımaq o qədər də asan məsələ deyil.

- Belə bir məşhurşirkətdə azərbaycanlı gənc mütəxəssisin çalışmasına iş yoldaşların münasibətinecədir?

- İş yoldaşıkimi münasibətləri çox yaxşıdır, elə günlərdən xoş münasibət bəsləyirlər. Təbiiki, Amerikada yanaşma fərqlidir, şirkət əməkdaşının savadı, peşəkarlığı,çalışma izninin olması əsasdır. İnsanın haralı olması ABŞ-da bəlkə də sonuncu məsələlərdənbiridir. Bir azərbaycanlı nə qədər çalışsa da ingilis dilində ingilislərinözündən yaxşı danışa bilməz, sözsüz ki, ləhcəmdən hiss edir, bəzən ünsiyyətzamanı hansı ölkədən olduğumu soruşurlar. Mən də Azərbaycan, coğrafi məkanolaraq onun harada yerləşdiyini anladıram. Sözün açığı, amerikalılar ölkəmizinadını tələffüz etməkdə həmişə çətinlik çəkirlər.

- Sən deməsən də,Amerikaya getdiyin ilk vaxtlar müəyyən çətinliklər çəkdiyini təxmin etməkmümkündür...

- Sözsüz, ilkdönəmlərdə bəzi çətinliklər oldu. Baxmayaraq ki, bayaq dediyim kimi, mən orta məktəbibitirəndən sonra Türkiyədə ingilis dilində ali təhsil almışdım. İstanbul daharadan baxsan, bir Avropa şəhəridir.

- Gününün çoxhissəsini robotlarla, texnika ilə keçirirsən. İşdən sonrakı asudə vaxtlarında nəedirsən?

- Orada yenitanıdığım dost-tanışlarla görüşüb söhbətləşirəm. Amma daha çox idmanla məşğul oluram. ABŞ-a gedəndənsonra kikboksinqlə maraqlanmağa başlamışam. Gənc olmasına baxmayaraq bu sahədəyetərincə təcrübəsi olan amerikalı məşqçinin rəhbərliyi altında yarışlara hazırlaşıram.Oktyabrda rinqə çıxmalıyam. Görək də...

-Təkcə Azərbaycanda deyil, Türk dünyasında yetərincə tanınan jurnalist,publisist, tərcüməçi, "Şöhrət"ordenli ədəbiyyatşünas alim Ramiz Əskərin oğlu gələcək həyatını dəqiq elmlərləbağladı...

-Bəzən bu barədə düşünəndə mənim özümə də qəribə gəlir. Anam fizika müəlliməsidir,bu sahədə tanınmış pedaqoqlardandır. İxtisas seçərkən bu amil də yəqin az roloynamayıb.

Məsələyədigər bir tərəfdən yanaşanda düşüncə məsələsində ədəbiyyatşünas alimlə mühəndisarasında o qədər də ciddi fərq görmürəm. Ədəbiyyatşünas alim və yazıçı da, mühəndisdə kirtik anda düşünməyi bacarmalıdır. Mühəndisin də güclü məntiqi olmalıdır,yazıçının da. Düşüncə prosesində o qədər də fərq yoxdur, sadəcə, biri texnikisahədir, o biri humanitar.

-Doktorluq işini nə zaman yekunlaşdırırsan?

-Elmi işimin mövzusu insansız texnikanın kontrol alqoritmlərinə həsr olub. Bu,çox mürəkkəb, xeyli sayda laboratoriya testləri tələb edən işdir. Testlərin əksəriyyətibaşa çatıb və nəticələri də müsbət dəyərləndirilib. Hesablamalarıma görə, birildən sonra işləri tam yekunlaşdıra biləcəm.

-Həmişəlik Azərbaycana dönüb burada çalışmaq barədə düşünürsənmi?

-Kim öz doğma məmləkətində yaşamaq istəməz ki? Amma mənim məşğul olduğum sahəüzrə Azərbaycanda iş tapmaq mümkün deyil. Bizim hazırladığımız robotlar buradatətbiq olunmur. Sənayenin müxtəlif sahələrində həmin robotlardan istifadə isəçox böyük sərmayə tələb edir, Azərbaycanda təəssüf ki, hələlik bu məsələyə diqqətayrılmır. Gələcəkdə nələrin olacağını isə indidən demək olmur. Bu sualıncavabını zamanın ixtiyarına buraxaq...

-Hər il məzuniyyətini Bakıda keçirirsən?

-Çalışıram ki, ildə bir dəfə də olsa Bakıya, doğmalarımın, buradakı dostlarımınyanına gəlim, lakin məndən asılı olmayan səbəblərdən bu həmişə mümkün olmur.Memarlıq baxımından Bakı çox xoşuma gəlir. Paytaxtımızın belə sürətlə dəyişməsimənim özüm üçün də maraqlıdır. Orta məktəbi bitirənə kimi bu şəhərdə böyümüşəm,hər gəlişimdə uşaqlıq dostlarımla görüşür, yaddaşımızdakı xatirələri təzələyirik.

-Bu dəfəki gəlişin sənin üçün əlamətdar oldu, 30 yaşını doğmalarının ətrafındaqeyd etdin. Subaylığın daşını hələ də atmadığına görə yəqin ki, xeyli tənqidifikirlər də eşitməli oldun...

-Üzərimdə sürəkli təzyiq hiss eləmədim, amma evdə ara-sıra bu mövzu ilə bağlısöhbətlər olur. Hər bir valideyn övladının yaxşı bir ailəyə sahib olmasınıarzulayır, bu baxımdan ata və anamın narahatlığını başa düşürəm. Amma mən bütündiqqətimi indi elmi işimin müdafiəsinə yönəltmişəm. Doktorluq dərəcəsi alandansonra şəxsi planlar barədə düşünməyə vaxt olacaq.

EtibarCƏBRAYILOĞLU


TƏQVİM / ARXİV