adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BİR HECALI SÖZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
80418 | 2016-09-09 16:57

Adətən səfər öncəsibir daxili gərginlik yaşayıram. Bu da təkcə yolun uzaqlığı, çətinliyi, həmçininonun maddi tərəfi ilə bağlı deyil. Necə deyərlər, buna alışmışam. Axı,islanmışın yağışdan qorxusu olmur. Məni narahat edən, məsələnin başqa bir tərəfi,əslində isə mahiyyətidir. Yəni gedəcəyim ünvanın mənzərəsi, orada işlərimin necəalınması, nələr görəcəyim, nələrin başıma gələcəyi, ümumiyyətlə, bu səfərinalınıb alınmayacağıdı. Bunun içərisində qarşılanmadan tutmuş adi gəzibdolanmağa, görüb baxmağa qədər hər şey var. Ona görə də hər bir səfərdən öncə mənbu elementar sualları min dəfə özümə verib, min dəfə də fərqli cavablarınıalıram. Doğrudur, bəzən məni bu özünə qapanmaya, bu vasvasılığa görəqınayırlar, hətta səfərdən çəkindirməyə də çalışırlar. Amma mən qarşıma bir istək,bir məqsəd qoyanda onun sonuna qədər getməkdə israrlı olmuşam. Elə bu səfərimdədə israrlı və qərarlıyam. İnşallah uğurlu anları, mən qədim Naxçıvandan, ŞərqinQapısından geri dönəndə orada gördüklərimi, orada yaşadıqlarımı sizinlə bölüşərəm.Ona qədər isə...

Bəli, sözün həqiqimənasında biz öz ömür payımızı təkcə istədiyimiz kimi yox, həm də bacardığımızkimi yaşayırıq. Əgər istədiyimiz kimi yaşamaq mümkün olsaydı, onda təbii ki,problemlər olmazdı. Bugünkü məqamda isə dünyanın problemsiz nöqtəsi yoxdur. Əgərvarsa, deməli, orda insan yoxdur. İnsan olan hər yerdə mütləq mənada problemqaçılmazdır. Problemləri çözən də, yaradan da insanın özü olduğu üçün onunömrü, onun zaman payı bəzən elə əriyib gedir ki, heç özünün də xəbəri olmur. Mənbu problemlərin hər kəsə, o cümlədən mənə istiqamət götürdüyünü anlayıram,bilirəm. Ona görə ki, yaşadığım mühit, cəmiyyət öz problemiylə hamını sıxır,hamıya tuşlanır. Deməli, mən də o hamıdan bir sıra nəfəriyəm və gücüm çatan qədəro problemə müqavimət göstərmək, onu çözmək zorundayam. Amma neyləyim ki, bəzənselə qarşı ağılsız şəkildə mübarizə aparmaq faciə ilə başa çatır. Axına qarşıçıxmaq, axına qarşı getmək təkcə yalnışlıq yox, həm də dəlilikdi. Bu dəlilik müəyyənmənada duyğulu adamların boyuna biçilir. Ondan qaçmaq mümkün olmur. Və bir dəbaşını qaldıranda görürsən ki, artıq qərq olmaq üzrəsən, sel səni aparır.Yapışdığın, əl uzadıb tutduğun isə saman çöpüdü...

Bu mənzərəni yəqinki, gözlərinizin önündə canlandırdınız. Əgər canlandıra bildinizsə, onda fikirlərimlədə tanış olub öz fikirlərinizlə qarşılaşdıracaq, üz-üzə gətirəcəksiniz. Nəticədəya siz, ya da mən reallıqla barışmalı olacağıq. Elə bu şeirdə yazdığım kimi:


Dərdi beləxışmalama - canlıdı

Yaranışdan şöhrətlidi, şanlıdı...

Ağrıdarsan, deyərlərki, qanlıdı -

Mən özümləbarışmağa məcburam...


Bir sevgiyə həmağa, həm kölə mən

Seçdiyimi necə çəkimönə mən?!

Xatirəsi yarpaqtökmüş dönəməm -

Mən özümləbarışmağa məcburam...


Çəkdiklərim görnə çəkir... və bölür

Səsim dəyir dörddivara... və ölür!

Allah,candan canım çıxır və dönür -

Mənözümlə barışmağa məcburam...


Budəlilik bir naxışdı, bir addı

Mənləqoşa addımını bir atdı...

Piyadanıötüb getdi bir atlı -

Mənözümlə barışmağa məcburam...


***

Həyatınqarşıya çıxardığı sualların hamısının səbəbi var. Yəni heç nə elə-belə ortalığaçıxmır. Mütləq onun bir mayalandığı yer, göyərdiyi torpaq, kölgə saldığı əraziolmalıdı. Bu mənada mənim sualları tez-tez qabartmağım, dilə gətirməyim olabilsin ki, xoş görünməsin və yaxud da kimlərinsə etirazına səbəb olsun, ya da təkrarkimi görünsün. Amma hər necə olur-olsun, bütün hallarda mən bilirəm ki, həmin omünasibət bildirənlərin özləri də hər gün suallarla üz-üzə gəlirlər. Ona görə dəgüvənc yeri, istinad nöqtəsi axtarırlar, necə ki, mən axtarıram. Yəni bir azpafoslu səslənsə də, mən birmənalı şəkildə bilirəm ki, ayaqda qalmağım, sözümünkəsərli olması, səsimin eşidilməsi məhz o güvəndiklərimin, ümid yerisaydıqlarımın, ürək dostlarımın, könül sirdaşlarımın hesabınadı. Onlarınvarlıqları, onların münasibətləri mənim öləziyən işığıma işıq qatırlar, qaralanocağıma əlavə odun, köz qatıb onu daha da gur edirlər. Onda həmin o öləziyənocaq tonqala çevrilir, hər tərəfdən görünür, hər kəsin diqqətini çəkir. Buna görəAllahıma və bir də həmin o səbəbkarlara ömrüm boyu minnətdar olmuşam, elə bugün də, sabah da minnətdar olacam. Üstəlik, mən onu da çox yaxşı bilirəm ki,sözün söykəyi sözdü. Söz sözə söykənəndə daha qüvvətli olur, daha eşidilənolur, daha kəsərli səslənir. Mən bu məntiqə söykənərək həm də onu demək istəyirəmki, dünyada yalnız söz yükü öz söykəyini tapır. Özünə dayaq dura biləcək sözə söykənir. Daha kiməsəyarınmır, kiməsə xoş gəlmək üçün onun əlindən, ətəyindən yapışmır, ona dirsəklənmir.Bu həyat həqiqəti təəssüf ki, insanda birmənalı şəkildə öz əksini tapmır.Görünür, bu da elə o dediyim problemlərdən biridi. Yəni mən kiminsə yarağıolmaq, kiminsə əl ağacına çevrilmək və yaxud da dəsmalını gəzdirmək istəyi iləyaşamamışam və heç vaxt da bu missiya ağlımın ucundan da gəlib keçməyib. Verilənömür payını adi söz adamı kimi elə sözün də içində əridirəm, üyüdürəm və eləsözə da çevirirəm. Necə alınır və yaxud da alınmır, o artıq sözü oxuyub dinləyənlərinverdiyi qiymətdən bəlli olacaq. Lakin onu da unutmuram ki, mənim bütün sözümün,bütün ruhumun ifadəçisi Sənsən. Sən həm sözsən, həm sözün ifadə etdiyi məna, həmdə sözün çəkdiyi şəkil. Bax, bu üçbucağın içərisində olan məkan, olan zaman mənəaid yerdi, mənə aid ömürdü. Deməli, mən bu bəlli olanın işığını qorumağın məsuliyyətiniheç vaxt yaddan çıxarmamalıyam. Elə, belə də etməyə çalışıram. Necə deyərlər,öz yerimdə, öz mövqeyimdəyəm. Əlim qələmdə, fikrim vərəqdə və yazıram:


Sənə özümdən

danışmaq istəmirəm

çünki

danışıb

kiçilməkdənqorxuram -

gözündə...

axı sən

məndən danışanda

duyuram ki,

sən məni

arzularındakıkimi

canlandırmısan

özün özündə!..

ona görə

susuram -

qoy hər şey

sənin istədiyinkimi

qalsın sözündə!


***

Dörd divar arasıeni-boyu bəlli bir yer... Bu dörddivarın arasında həbs də çəkmək olar, şeir də yazmaq olar, xəyala da dalmaq, həttapünhan görüşmək də... Amma hansı fikrə düşürsən düş, bu dörd divar sənin nəfəsinolmadan eləcə buz kimi soyuq olacaq. O zamana qədər ki, sənin əllərin, sənin nəfəsin,sənin baxışların onu isidənə qədər. Təbii ki, bu dediklərim sevgidənqidalanmalı, sevgidən maya tutmalıdı. Doğrudur, hər kəsə gün kimi aydındır ki,suvağı olmayan qara divarı da insan ev edir, insan hərarət gətirir. Cah-cəlallı,bər-bəzəkli dörd divarı da insan xaraba qoyur, insan uçurub dağıdır. Çünki hərikisinin sevgiyə ehtiyacı var. Sevgi olanda qara daş ağ günə çıxır. Olmayandaağ daşın təkcə rəngi yox, taleyi də qaralıb sönür...

Düşünməyin ki,bu hansısa sirrin çözümü, açımıdı. Xeyir, bu bəlli olanı dilə gətirməkdi. Biz bəzənhamının bildiyini də deməkdən çəkinirik. Elə bilirik ki, bizi buna görəqınayacaqlar, günahlandıracaqlar. Amma demirik ki, qoy qınasınlar. Üstündənzaman keçəndə haqlı olduğumuz öz yerini alanda bizi qınayanlar bizdən üzr istəyəcəklər.Bu da hardasa haqqın qələbəsi olacaq, təkcə bizim yox. Ümumiyyətlə, biz qələbəniyaddan çıxarmamalıyıq. Onun ətəyi, əli həmişə əlimizdə olmalıdı. O bizi özardınca aparmalıdı. Bax onda istəyin gerçəkləşəcəyinə şübhə yeri qalmayacaq...

Hə, bir də ki,bu gerçək dediyim, o ifadə etdiyim gerçəyin mahiyyəti sözün yazılışında daözünü büruzə verməlidi və verir də. Yəni, dilimizdə olan tək-tək sözlər var ki,onların hecası yoxdu. Həmin sözlərdən biri də SƏNƏ aiddi. Sən onun özünəaidliyini qəbul edən andan o söz mənim üçün qollu-budaqlı bir xan çinardı. Və məndə qollarımı dolamışam o xan çinarın belinə, sığınmışam onun sinəsinə və...

Və sənə yazdığımbütün məktublarda, şeirlərdə, hətta mesajlarda belə o sözün işığı, o sözünistisi məni tərk etmir, məni yalqız buraxmır. Axı, o şeirin qəhrəmanı Sənsən! Oşeir səni, yəni o sözü ifadə edir. Elə bu şeirdə olduğu kimi:


Bu otağın

açarı

deyim sənə -

bir hecalı

üç hərfli söz

bu otağın sakini

olmaq üçün

öncə -

axtar, ara

və o sözü çöz!..

həm də

paralel olaraq

o sözünqatlarındakı

ağırlığa

və ağrıya döz!..

bax, incimə

bundan sonra

biləcəksən ki,

öz dünyan var

onun da sahibi

və açarı söz -

yardı, yar!..


***

Hər bir köşəyazısından sonra mənə elə gəlir ki, bu mövzulara bir də qayıtmayacam. Çəkiliboturacam bir küncdə. Yalnız yazılanları oxumaqla, oxuduqlarımı xatırlamaqlagünləri yola verəcəm. Amma müəyyən bir an ötüb keçəndən sonra hiss edirəm ki, hələyazmadığım, demədiyim nəsə var. Bax, o nəsə də mənim içimdəki sözdü. O sözyavaş-yavaş qımıldanır, uşaq kimi təbəssüm göstərir. Və mən onu görməyə, onuduymaya bilmirəm. Elə o görməyinm duymağım da məni qələmə, vərəqə tərəf çəkibaparır. Qalıram özümlə, qələm-dəftərimlə baş-başa. Bir də onda ayılıram ki, təzəsözüm kağız üzərindədi və yenə sənə yazmışam. Elə hazırlaşdığım bu səfər öncəsidə həmin o duyğular, istəklər məni tək buraxmır. Çünki həyatımın hər yerindəolan Sən bu hazırlıq anında da mənim duyğularımın, istəklərimin, düşüncələriminhakimisən. Və mən də tam əminəm ki, səfərdə də məni tək buraxmayacaqsan. Elə o əminliklədə bu an üçün, bu gün üçün sənə üz tuturam.


Ürəyimdə

qarışıq fikirlərin

kələfində

düyün düşüb

qalmışdım...

telefon

zəng çaldı

bir anlıq

əlim havadaqaldı

ürəyim və ağlım

ildırım sürətli

təhlil apardı

vəsonra

hərikisi inandı -

xəttingörünməyən ucundakı

sənsən...

yəqinistəyirsən

biləsən

ürəyimdənətərsən?!


Hə,bu da Qurban bayramı öncəsi yazdığım yazının sonu. Amma hələ bütün qurbanlar kəsilməyib,bütün qurbanlar deyilməyib. Mənim özüm qarışıq ayrıca bir qurban da var. Allahqəbul etsin!


Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV