Aqil ABBAS: Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?

AQİL ABBAS
88467 | 2016-09-02 15:33

Qol.az-da «Qarabağ»ınən sədaqətli və məşhur futbolçularından biri Səttar Əliyevlə bir müsahibənioxudum. Getdim İmarəti də gördüm, «Qarabağ»ın məşhur bombardiri, yaxın qohumum ŞəfəqHümbətəliyevin oyuna gedərkən çantasını daşımaq üstündə məhlə uşaqlarıyla dalaşdığım günləri də xatırladım,Milli Qəhrəman Allahverdi Bağırovun oyun vaxtı topu itirən futbolçuya «Ay səni çörək tutmasın» sözləri də qulağımda səsləndi...«Qarabağ»ın Lobanovskisi, fanatı, dəlisi Adil Nadirovun yaşlaşmasına baxmayaraq, mərkəzdə dayanıb dispetçerkimi topu necə payladığı günlər gəldi-keçdi göz önümdən.

Rəqib komandahücuma keçəndə qapıçımız Saşa (Hüseyn Əhmədov, «Neftçi»nin keçmiş oyunçusu)çığırırdı:

- Dömbül Kamil,sən doqquz nömrəni tut.

- İdris, on biri gözlə.

- Qıdan, sən də Əlövsəti tut.

Gözəl müdafiəçi olmasına baxmayaraq, Qaraçı Əlövsət hərdən özqapımıza top vururdu. Saşa da bağırırdıki, ə, yekə kişisən, bunu elə vur, tuta bilimdə.

Elbrus Abbasovu «Neftçi»yə necə yola saldıq, ilahi. O vaxt heç kosmonavtlarıelə yola salmırdıq.

İmarət... Bura ona görə İmarət deyirdilərki, burda Pənah xanın, İbrahim xanın, Mehralıxanın, Mehdiqulu xanın, Əbülfət ağanın, Xan qızı Natəvanın, ümumiyyətlə, Cavanşirnəslinin məzarları vardı. Özü də sandıq məzarlarıidi, türk sultanlarının məzarları kimi. SadıqMurtuzayev Ağdamda birinci katib olarkən bütün o məzarlara bir daha əl gəzdirtdi,sərdabələr tikdirdi, Natəvanın büstünü daİmarətdə ucaltdı.

Image result for Səttar Əliyev

Stadion da burdaydı.Hər il bir milyon pul xərcləyib (olsun bir az az) Respublika stadionunun futbol sahəsinitəmir edirlər, amma yenə kənd yolunadönür. İmarətdəki stadionun uzunluğu 120 metr, eni 60 metr idi. Ona görə «Qarabağ»rəqib meydanlarda oynayanda heç vaxt yorulmazdı, 90 metrlik stadionlaronlar üçün oyuncaq kimi bir şeyiydi.Otuz il o stadiona gedib-gəldim ot örtüyü elə idi ki, elə bil heç burda fıutboloynanılmayıb. Uzananda da Məhərrəm əmi biçərdi. Onda indikikimi otbiçən maşınlar yox idi. Məhərrəm əmi onu dəryazla elə biçərdi ki, elə bil yüz dərzi işləyib bu otun üstündə.

Çoxlarının bilmədiyini də deyim. İmarətin dörd tərəfi hündürlüyü30-40 metrə çatan xan çinarlarla əhatə olunmuşduvə bu çinarları da bura Xan qızı Natəvanöz əli ilə əkmişdi. Nə cür külək olur-olsunİmarətdə hiss olunmurdu.

Onu da bilirmisinizki, Xan qızı Natəvan rəhmətə gedəndə xalqonu Şuşadan Ağdama (37 km.) çiyinlərində gətirmişdi?!

İmarətdə ər-arvad ikiağır seyidin məzarı da olduğundanvə həm də Cavanşirlər nəsli uyuduğu üçünbura müqəddəs sayılırdı.

Qayıdaq futbola.Ağdamın işğalından sonra «Qarabağ» çox ağır günlər yaşadı. Futbolçular maaşa yox, qeyrətə, nama oynayırdılar. Ölkə çempionuda olurdular, Kuboku da alırdılar, Avropa oyunlarına da gedirdilər. Müstəqillikdənsonra Azərbaycan futbolunda ilklərin çoxuna «Qarabağ» imza atdı.

Qalmağa yer-yurdlarıda yox idi. Bir ara, özü də bir neçə ay «Abşeron» otelində qaldılar. Nə otelə ödəniləcək para vardı, nə dəyeməyə veriləcək. Borc borc üstünə yığılırdı. Onda «Abşeron» otelinin direktoru gözəlinsan, rəhmətlik Aqil Paşayev komanda «Abşeron»dan çıxanda dedi, Qarabağın xətrinə «Qarabağ»ın bütün borclarını silirəm, öz cibimdən ödəyəcəm.

Sonra «Azərkimya»nınprezidenti Fikrət Sadıqov «Kimyaçı» sanatoriyasını təmənnasız «Qarabağ» futbolçularına verdi və üstündə də bir stadion. «Qarabağ» ev oyunlarını Sumqayıtda keçirməyə başladı. Hər dəfə oyuna avtobuslarınarxasından sallaşa-sallaşa 12-16-18 yaşlarında Ağdam uşaqları da gəlirdi. Və futbolçular da bütüngücünü ortalığa tökürdülər ki, buevsiz-eşiksiz, yurd-yuvaları dağılmış, «Qarabağ»dan başqa heç bir sevgiləri olmayan bu uşaqları ağlatmasınlar.

Mən bir az qısa yazdım. Bu günlərdəngəlib-keçib «Qarabağ».

Yeri gəlmişkən, həmin o çətin dönəmlərdərəhmətlik Afiyəddin Cəlilov da bir avtobusbağışladı. Ona qədər futbolçular oyunlara,məşqlərə marşrut avtobuslarla gedib-gəlirdilər. Rayonlara gedəndə də qəpik-qəpik pul yığıbavtobus tuturdular.

Gələk Səttara. Səttar 20 il bu komandanın qeyrətini çəkib. Aylarla cibində bir manatı olmayıb, amma«Qarabağ»ı atıb varlı komandalara getməyib.

Səttargilin ailəsi Ağcabədidə yaşayırdı. Bir gün Adil Nadirov mənədedi ki, Səttarın qardaşı farmaçevtdi, bəlkəAğcabədinin başçısından xahiş edəsən ona şəhərdə bir aptek yeri verə, həm ailənidolandırar, həm də Səttarı.

Səttarla getdik Ağcabədiyə. Səttar getdi ailəsigilə, mən də qalxdım icra hakimiyyətinə.İcra başçısı da Şamil Həsənov idi, sözü və özü bütöv adam idi. Məsələniaçdım. Dedi nəinki ona aptek yeriverərəm, elə aptekin özünü də tikdirərəm.Sonra dedi ki, elə bu gün Ağcabədidə kəndlərarası futbol çempionatı gedir, gedək stadiona. Getdik.

Amma stadionAydın Alıyev Ağcabədidə birinci katib olanda təmir edilmişdi. Bəlkə 100 kv.m sahəyə də öz əlimləçim döşəmişdim. Bu stadion da mənə İmarət kimi doğmadı.

Oyun başladı.Və gördüm ki, Səttar komandaların birindəoyuna girib. Özü də ayaqyalın oynayır. Şamil müəllim yanındakılardan soruşduki, bu niyə ayaqyalındı? Dedilər ki, ayağının ölçüsünə idman ayaqqabısı tapa bilmədik,ona görə ayaqyalın oynayır.

İndi Səttar rəqib komandanın oyunçularını tum kimi çıtlayır. Bir qol, iki qol… Şamil müəllim sevinciçində dönüb tez-tez mənə deyir:

- Görürsən, Ağcabədi necə futbolçular yetişdirib? Aparın da «Qarabağ»a.

Mən də gülürəm.Axırda dedi:

- Nəyə gülürsən,ey?

Dedim:

- Şamil müəllim,qardaşının xahişini elədiyim həmin o ayaqyalınfutbolçudu. O «Qarabağ»ın kapitanıdı.

Bir anlıq dilxor oldu, amma sonra dedi:

-Ə, ona nə aptek ey, hər şey qurbandı.

İndi Aydın Bağırov, sən Səttarın ayaqyalınfutbol oynadığını heç gördünmü? Amma mən gördüm.

Sonda da bir zarafat, əslində olmuş hadisədi. «Qarabağ» Sumqayıtda «Neftçi»niqəbul edir. Bir tərəfdə «Qarabağ»ın fanatları,bir tərəfdə «Neftçi»nin. Stadionun ot örtüyü də bizim Respublika stadionunun ot örtüyündənelə də fərqlənmir, yox, ağ oldu, bir azacıq pis idi.

«Neftçi» hücuma keçib, fanatlar alqışlayır, birdən qonaqların biri lap uca səslə qışqırdı:

- Qasımov, ehtiyatlı ol, qabaqda yama var.

İndi Respublika stadionunun ot örtüyündən danışılanda, ya mətbuatda oxuyandayadıma həmin hadisə düşür.

TƏQVİM / ARXİV