adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Sentyabr 2016 12:29
33563
HÜQUQ
A- A+

Referendum zamanın tələbidir

Sentyabrın 26-da keçiriləcək referendum seçkilərinə hazırlıq prosesləri davam edir. Xalqın referendum aktını təsdiq edəcəyi halda idarəçilik formatının ölkə üçün uğurlu model olacağı bəyan edilib. Konstitusiyada bəzi dəyişikliklərin edilməsi bərqərar olarsa gələcəkdə hansı gözləntilərlə qarşılaşacağıq?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı metbu orqanlara hüquqşünaslar və millət vəkilləri obyektiv və optimist fikirlər bildiriblər. Ən əsası isə yeni müddəlartın dünya təcrübəsinə arxalandığı ilə bağlı fikirlər də mövcuddur. Bunun əhəmiyyətli olacağı şübhə doğurmur.

Dəyişikliklərə əsasən dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, baş nazir postu ləğv ediləcək, əvəzinə birinci vitse-prezident və vitse-prezidentlər təyin olunacaq. Qeyd edək ki, konstitusiyaya dəyişikliklərlə bağlı layihə iqtidar və müxalifət düşərgəsində fərqli qarşılanıb. İqtidaryönlü siyasi xadimlər layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirsələr də, müxalif düşərgədə bu, prezident hakimiyyətinin möhkəmləndirilməsi və hakimiyyətin bir əldə cəmləşdirilməsi kimi qiymətləndirilib.

"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünasƏliməmməd Nuriyevin sözlərinə görə yenilik ölkənin siyasi idarəçilik həyatında müsbət dəyişikliklərə gətirib çıxaracaq. Əliəhməd Nuriyev I vitse-prezident və vitse prezident vəzifələrinin rəsis edilməsi məsələsinə də ayrıca toxunub. O yeniliyə tənqidi yanaşmaq yox, əksinə ölkədə siyasi sistemə dəyişikliklər kimi baxılmalı olduğunu bildirib:

"Dünyanın bir çox ölkələrində vitse-prezident hətta lazım olduğu müddətcə prezidentin səlahiyyətlərini də icra edir. Bu baxımdan Azərbaycanda da ABŞ modelli vitse-prezident institutu təsis edilsə daha uğuru olar. I vitse-prezidentə birbaşa olaraq baş nazirin səlahiyyətləri də verilsə, daha effektli nəticələr verər”.

Əliməmməd Nuriyev deyib ki, vitse-prezident vəzifəsi ölkə prezidentinin öz səlahiyyətlərini paylaşdırması şəklində icra olunacaq.

Mütəxəssislər həmçinin referendum aktına görə baş nazir postunun ləğv olunmasını da məntiqli hesab edirlər. Ümumi rəyə görə, istənilən halda bu vəzifələrin təsis edilməsi çevik idarəetməyə imkan verən iqtisadi və sosial islahatlar dövründə əhəmiyyətli addımlar olacaq. Vitse-prezident, I vitse-prezident vəzifələrinin icrası prezidentə məxsus vəzifə və səlahiyyətlərin paylaşdırılması prinsipi əsasında həyata keçiriləcək. I vitse-prezident və vitse-prezidentə zamanla baş nazir vəzifəsinin səlahiyyətləri də verilə bilər. Bütövlükdə ölkədə icra hakimiyyəti prezidentə məxsusdur. O, da öz səlahiyyətlərini hansı formada kimlərə verəcəksə o formada da icra olunacaq.

Ekspert Yadulla Quliyev bildirib ki, yeni yaradılacaq vitse-prezidentlik vəzifəsi dövlət orqanlarını, idarəetmə strukturlarını və xarici siyasət idarələrini kurasiya edə biləcək:

"Ola bilsin ki, vitse-prezident və I vitse-prezident vəzifələri olan şəxslərə sonradan müəyyən administrativ səlahiyyətlər də verilsin. Yəni vitse-prezident və I vitse-prezident vəzifələrini icra edəcək şəxslər kuratorluq formasında onlara veriləcək müvafiq sahələri kurasiya edəcəklər. Buraya beynəlxalq diplomatik əlaqələrdən tutmuş daxili inzibati idarəçiliyə qədər məsələlər daxil olacaq”.

Millət vəkili Fəzail Ağamalı seçkilərin üstün gələcəyi təqdirdə ən vacib doğuran gözləntiləri vurğulayıb. O bildirib ki, 26 sentyabr referendumu idarəçilik sistemini sadələşdirəcək. F.Ağamalı onu da diqqətə çatdırdı ki, vitse-prezidentlər institutunun yaradılması tam yeni bir yanaşmadır: "Bəzi ölkələrdə yalnız vitse-prezident var. Lakin təklif olunan variantda birinci vitse-prezident və vitse-prezidentlər var. Bu, artıq idarəçiliyin tamamilə yenidən qurulması deməkdir”.

Azərbaycanda sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsindən ( referendum) sonra beynəlxalq təşkilatların mövqeyinin necə olacağı maraq doğurur.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovmətbuata açıqlamasında deyib ki, ölkədəseçkilər hər zaman şəffaf keçib:

"Bir sıra qurumlar var ki, seçki məsələsinə qərəzli yanaşırlar. Azərbaycandan aşağı səviyyədə keçirilən seçkilərə həmin təşkilatlar çox yüksək səviyyədə rəy verirlər. Halbuki, tamamilə ədalətsiz şəkildə mövqe nümayiş etdirirlər. Azərbaycanda keçirilmiş azad seçkilərə başqa rəy verirlər. Halbuki, Azərbaycanda hər zaman azad, demokratik, şəffaf seçkilər keçirilib. Onsuz da, budəfəki referendumla bağlı da heç bir gözləntimiz yoxdur. Bizə onların fikirləri maraqlı deyil. Bundan başqa, qruplar var ki, müşahidə aparmaq hüququna malikdirlər. Müşahidə aparıb öz fikirlərini deyəcəklər”

Rüfət Soltan