Orda məni xatırlayan varsa...

ETİBAR CƏBRAYILOĞLU
52242 | 2016-09-01 16:45

Bugün mərhum şair-publisist, əməkdar mədəniyyət işçisi, Rəsul Rza adına Beynəlxalqmükafat laureatı Tofiq Abdinin 75 yaşı tamam olur. Unudulmaz dostumuz həmişə yarızarafat-yarıgerçəkdeyirdi ki, əslində 1941-ci ilin tamam fəqrli bir günündə dünyaya gəlib, ammasonralar özü sənədində 1 sentyabrı anadan olduğu tarix kimi göstərib. Tofiqabimizin belə qəribə işləri çox idi.

TofiqAbdin müxtəlif illərdə "Qobustan" toplusunda, Mədəniyyət və TurizmNazirliyində, "Mədəniyyət" qəzetində, Nazirlər Kabineti yanında TərcüməMərkəzində çalışıb. Tofiq Abdin Türkiyədə yaşadığı dönəmlərdə isə "OrtaDoğu", "Yeni Asiya" qəzetləri ilə sıx əməkdaşlıq edib. Tofiq abibizim "Ədalət"in və "525-ci qəzet"in daimi müəlliflərindənidi, ömrünün sonuna- 2014-cü il fevralın 25-nə kimi bu iki redaksiya ilə əməkdaşlığınasadiq qaldı.

İndioxuyacağınız yazı əziz dostumuzun vəfatından sonrakı ilk ad günü münasibəti iləyazılıb və "Ədalət" qəzetinin 2 sentyabr 2014-cü il tarixli sayında dərcolunub.

Həftəninilk iş günü Tofiq Abdinin ad günü ilə başladı. Tofiq abi hələ orta məktəbdəoxuyanda hamını inandırmışdı ki, sentyabrın 1-də anadan olub. Elə o vaxtdanyaxınları, dostları sentyabrın ilk günündə Tofiq Abdini təbrik etməyə tələsirdilər.

Yenətəqvimdə sentyabrın 1-di, amma ilk dəfədir ki, bu günü abisiz qeyd edirik. Nə əlimizçatır ona, nə ünümüz yetir. İstanbulda deyil ki, zəng edəsən, telefonda səsini eşidəsən, Bakıdadeyil ki, "Praqa"nın bir addımlığındakı tanış məkana özünü yetiribüzbəüz oturasan. Tofiq Abdinin pulu ilə Tofiq Abdinin növbəti ad gününü qeyd edəsən...

Həmişəqeyri-adiliyi ilə seçilən abinin ölümü də başqa ölümlərə bənzəmədi. Belə yalnızTofiq Abdin ayrılıb gedə bilərdi.

İtməkistərdim, səssiz-səmirsiz

günlərinbirində.

Qorxuramki, heç kəsin xəbəri olmaya

Buitkidən

Əzizbir adamım olaydı,

Düşəydiyollara payi-piyada,

Axtaraydımən,

Gözləriyaşlı bu dünyada.

Budəfə sentyabrın 1-i. Tofiq Abdin uzaqlardadı, çox uzaqlarda. Yoxsa səhər tezdəndostları toplamışdı başına. Sözarası Mətinin, Günelin işlərindən, qayğılarındandanışmışdı.

Əllərimgöynəyir saçınız üçün,

mənədeyən yoxdur, bunu al, ata!

Düzünüdeyim ki, baxıram bu gün

sizingözünüzlə mən bu həyata.

Adgünü ilə bağlı qurduğu məclisin şirin yerində nəvələrindən, xüsusi iləİbrahimin hərəkətlərindən söz-söhbət açmışdı.

Birnağıl danışacağam

nəvələrimə.

Əgərölməsəm,

Nəvəm olsa.

Deyəcəyəm:

qırxyaşına kimi

kirayəçioldum...

...Ömrümünən gözəl çağlarını

Dolandımküçə-küçə...

Yenəsentyabrın 1-di. Birinci dəfədir ki, doğum gününü abisiz keçiririk. İllər öncəİstanbulda yaşayanda onu xatırlayanlara salam göndərmişdi şeirində:

Ordaməni xatırlayan varsa

salamolsun...

Uydurduğundoğum gününü təkcə ailə üzvlərin, doğmaların deyil, dostlar da qeyd edir, sənixatırlayırlar.

Əleykumsalam, Tofiq Abdin, ad günün mübarək olsun!

EtibarCƏBRAYILOĞLU


TƏQVİM / ARXİV