adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Patriot imici(Hekayə)

RÜFƏT SOLTAN
36551 | 2016-09-02 15:56

Uşaqikən qaldığımız yataqxana illəri yadıma düşür, gözləriminönündə bir film kimi canlanan tarix təlatümlü xatirələri indi aydın şəkildəkiçik parçalarla nümayiş etdirir. Bəzi hissələri ixtisarlar, bəziləri isəuzun uzadı,bununla bərabər maraqlıverilişlərləgeniş bir monitordaəks olunurlar. Fikir aləmim mənim kino zalımdır, təxəyyülümünrejissoru, yaddaşımın ssenari müəllifi olduğu bu tarixi-həyati serial, mütəmadi olaraq özününözəl bölümlərini ərmağan edirdi. İctimaifəaliyyətimin, bəzi hallarda gərgin iş rejimimin fasilə etablarında bu nəsildən olan filmlərə baxırdım, təbii, baş rolda da mən özüməm. Başqa cür ola dabilməzdi. Ssenari müəllifideyir ki, onun üçün eşitdiklərini düz-qoş etmək gördüklərindən qat-qat çətindir. Çünki, hərə tarixi öz bildiyi kimi danışırdı ona. Yəni mənə...

QonşuluqdaQasım deyə biri vardı,o da öz ailəsilə Ağdamişğal olunan vaxtlarbizimlə birlikdə bu yataqxanada məskunlaşmışdılar. Atamın dediyinə görə kənddə həyət qonşusu olmuşuq. Bura gələn zamanmənə o taydan elə danışardı ki, ağzımaçıq onudiləyirdim, bəzən hətta canlıtarixin bunlarımənə nəql etdiyi təsəvvürümdə canlanmışdı. İdeal bir baxışdı sadəcə. Orta məktəbdə oxuduğum vaxtları tariximizlə çox maraqlanırdım,bunula belə mütaliədənsavayı, dinləməyin də qavrayışımaverə biləcəyi yüksəkfaiz göstəricisindənagah olmuşdum. Zamanla Qasım dayıyla Qarabağın düşmən tərəfindən işğalına qədər gəlmiş-keçmişdönəmlərini müzakirəedərdik(Görünür o da tarixə maraqlı biridir). Mən nəzriyyəçi, o isə təcrüçikimi. Beynimdə hər günyeni bir sual işarəsipeyda olurdu. Və həmin gün,əlillik həyatı yaşayan Qasım dayıyla söhbətə yollanardım. O isə hər dəfəsində açıq-aydın və məntiqə söykənə biləcək cavablarıylabirmənalıməni susdurardı.Qarabağ savaşında ayağına atılan güllə baldırını dəlib keçmişdi. O vaxtdan bəri axsaya-axsaya yeriyir, bəlkə dəbir ömür belə olacaq. Elmli, savadlıadamdır. Deyilənə görəyurddan didərgin düşənzaman kim əlinə nə keçirdisəevdən əşyalarını qapıbözüylə gətirməyə çalışırdı.Təbii ki, bəzilərinin əşyalarının çoxu elə ata-baba yurdundaqalmışdı. İndi Allah bilir ermənilər onlarla nə həngamələr qayırıblar. Müasirdövrdə texnikanın inkişafındayararlanaraq kosmosdakıpeyk vasitəsilə kəndimizə virtual səyahət etmişdik. Evdəki böyüklərkəndimizi çətinliklə tapdılar. Bircə kartoqrafik nişan belə qalmamışdı ki, onun köməyilə lazımı yeri bəlli etsinlər. Nəbilim, filankəsin ferması,kənd orta məktəbi, filan xəstəxana və s. Heçnə, yeganə qalan iz tikililərin bünövrəsidir. Deyəsən çox uzağagetdim... Hə, onu deyirdim də, belə vəziyyətdə həmin bu indiki viran olunmuşkəndimizdən hərkəsən özdəyərli əşyalarına əl atıb gətirmişdi. Təsəvvür et ki, düşmən bir neçə gündən sonra evinə basqın edəcək və buna görə səndən bir neçə saat içində evi boşaltmağınıvə doğmaməkanını tərk etməyini tələb edirlər. Buzaman isə ağılagələ biləcək ilk əşyaən sevimli olanıdır. Həmin bu Qasım kişinin də sən demə ağlının tutduğu evdəki kitab rəfi imiş...

İlkdəfə onlara qonaq gedəndə(o zaman uşaq idim) rəfdə yerləşən növbənöv kitablar məni valeh etmişdi. Geniş bir rəf 5x3-ə tək otağın demək olar ki, bir divarını tamamilə örtmüşdü. Arxaya çönüb evin içində fırlanmasaydım sadəcə kitabxanada olduğumu düşünərdim. Birmüdddət sonralar artıq bu rəfdəki kitabların çoxunuvərəqləmişdim.İçərilərindəelələri var idi ki, onlarıhətta respublikanınnüfuzlukitabxanalarındatapmaq belə müşkül məsələydi. Uzağı arxivlərdən eşələyib işığa nəsə çıxarmaq olardı.

11-cisinifdə oxuyurdum, bir dəfə məktəbimizin təşkilati işlər üzrə direktor köməkçisinəmüraciət edibqonşumuz Qasımdayı ilə görüş tədbiri təşkil etməyi xahiş elədim. Məktəbdə təhsil aldığım bu müddətdə ilk təşəbbüsümolmuşdu. Və uğurluoldu... Sinif yoldaşlarım tədbirdən sonra bir neçə gün mənimlə keçirdiyimtədbirlə bağlı müzakirələr aparırdılar. Doğrudur filmin baş qəhrəmanı mənəm ancaq, elə seriallar varki, orada məndən savayıəsas obrazlar da rol alırlar.Bu dəfəsində isə Qasımdayı olmuşdu.

Əslindəfilmin bir yox bir neçə serialındaQasım dayı mənimlə çiyin - çiyinə oynayırıq. Qamətində bir qədər əyriliknəzərə çarpsa da boy-buxun cəhətdən gödək biri idi. Hündür olsaydı məncə buonda daha qabarıq şəkildə biruzə verəcəkdi. Zira səninlə qarşı-qarşıya oturub söhbət eləsinha, onda kiminlə, harada və hansı zaman intervalında danışdığınınbelə fərqinə varmayacaqsan. Çox dürüst dərrakəli və səmimi insandır. Qarabağ müharibəsindən eləfaktlar gətirərdi ki, bəzən insanlıq dəyərələrinə söykənib sadə erməni vətəndaşıyla bərabər, hərbçilərini, hətta ondan daha artıq rusları söymək ürəyindənkeçir. Bəzən öz döyüşçülərimizədə qınağlar yağdırırsan.

"1990-92 ci illərdə batalyonlarmeydanda at oynadırdılar. Düzü o vaxtı batalyon adı qoyulsada, əslində onların coxu "özünümüdafiyyə”dəstələri idi, ov tüfəngindən tutmuş ordan- burdan ələ kecirdikləri Kalaşnikovtipli avtomatlara qədər silahlanmış dəstələr. (Sovet ordusu dağılandan sonraAzərbaycanın ilk qeydiyyatda kecmiş könüllülərindən idarət batalyonu 1992 iloktyabr ayında yarandı) İlkbelə bir batalyon Xıdırlı batalyonu olmuşdu,500 xıdırlı sakinindən ilk 10-15 nəfəri öncəki vaxtlar məhz bu batalyonayazılmışdılar, Arif (İbrahimov) adlı bir əsgər yoldaşım vardı, indinin özündə sağdır.Hərdən əlaqə saxlayırıq. O da mənim kimi müharibədənyara alıb, lakin buna görəheçbir müavinətbelə ala bilmirdi ki, heç olmazsa özününmüalicəyə yazsın. Halbu ki, savaşın qızğın vaxtlarında, bir kəndçimiz yıxılıb ayağından zədə almışdı vəbunun hesabına özünü müharibə döyüşçüsü adınaurcah eləməyi bacardıəclaf. Nəysə... İndi Şəhidlərimizin hərəsi bir qəbir daşına sarılıblar. Oqtay, Şirvan,Eldar, Elburus Həsənoğlu...Bunlar həmin şəhidlərimzidəndirlər-Vətəninqürur duyulası ərən oğulları. Elburus çox comərd döyüşçü idi, ilk şəhidimiz də elə o olmuşdu”.

-İndi onların məzarları yəqin ki, Dağüstü parkdayerləşir?

Qasımdayı, hüznlü çöhərsinə cızılmış təbəssümləsöhbət əsnasındafərqinə varmadığımbir nəsnəni mənə xatırlatdı:

-Yox oğlum, biz döyüşəndə və həmin bu yoldaşlarımızşəhid olan vaxtıDağüstü park hələ istirəhət məkanıolaraq qalırdı.

-Aha, anladım.

"Bir müddət sonra əsgər yoldaşlarımla mən Şirin Mirzəyevin batalyonundabirləşdik.Heçkəs bizə yardımetmirdi. Silahlarımızı belə özmaliyyə imkanlarımızhesabına almışdıq. Nəyə görə?Evimizi, qeyrətimizi, torpaqlarımızıqorumaq üçün.

Bax sənə Elburusudeyirdimha(Həsənoğlu), onunla patronlarımızı paylaşdığım an yadımadüşür:10 ədəd patronum vardı əlimdə, neyləyə bilərik, kasadlıq idi də. Sonra onun beşini ona, digər yarısını is özümə götürəsi oldum...-Veteranın gözləri uzaqlara zilləndi. Güman olunurki, onu xatirələrin ağrısı tutmuşdu... Bir neçə saniyəlik səssizlik mənim hövsələmi daraldırdı.Belə anlarda, xüsusilə də kuliminasiya nöqtəsini gözlədiyim bir əhvalatı dinləyərkən necə səbrliolacaqdımki?

"Və, Elburus Həsənoğlu həmin 5 patronla döyüşə keçdi, bir müddət sonra şəhid olduğunu öyrəndik”.İlk batalyon şəhidimizin döyüş tarixcəsi, maraqlı və eynizamanda hüznlütəəssüratbağışlardı insana. Zamanla düşünürdümki, görəsənbu veteranla rastlaşmağım və ondan hər adamın müsahibiola bilməyəcəyi təqdirdə, əsasən ağrılı gerçəkləridinləməyim mənim üçünxeyirlidir, yoxsa bu gənc yaşımdapsixoloji halətimə mənfi təsir edir. Hər halda nə vaxtsa vətənpərvərəm deyiboynaqlasam məni dəli hesab edənlər də olacaq, kazə patriot imici saxladığımı belə düşünərlər.Hər halda mən sülhəqane deyiləm, bu qədər...

"Gənclərimizinfikirlərini dəyişəbiləcək qədər az, lakin əlverişli zamandır...”

Veteranbu sözləri deməkdə haqlıdır. Qarabağ savaşından bu yana heç 20 il belə keçmədiyi bir dönəmdə Qasım dayınınmənə nağıletdiyi hadisələr inikas etdikcə, düşüncələrimsanki hər dəfəsində yeni bir reallığa immitasiya edirdi.

"Hələ Xıdırlıbatalyonunda olarkən könüllü soydaşlarımız çoxaz idi. Təbii ki, hamımız kortəbii olaraq birlikdə hücuma atıla bilməzdik. Bu düşünülməmişplanlar kateqoriyasına aiddir. Ancaq döyüşmək üçün yoldaşlarımla aramızda mübahisəli hallar da olurdu.Ürəyimizdə kifayət qədər vətən eşqi,döyüşə hədsiz maraq, qisas almaqistəyində olduğumuzdərin intiqam hissi-bax bunlar idi mübahisələrə yol açan. Biz bu zaman bir – birimizədaha çox inanır, arxalanırdıq. Fəxarət, emosiya, titrək nəfəs həngaməsilə müşaiyət olunan uşaqyana duyğusallıqtəcəssümü. Bu hisləri yaşamaqüçünvaxtımız belə yox idi. Çünki, müaharibədəemosialar və həyat haqqında fikirlər səni tərk edir, ancaq döyüş haqqındafikirləşirsən,döyüşmək üçün doğulduğunu düşünürsən.

-Bəs indi necə, dediyiniz uşaqlıq emosiyaları sizi haqlıyıbmı?

-Hərdən keçmişmüharibənostalgiyası məni boğur,Müharıbə filmlərinə adamlar arasında baxa bilmirəm, göz yaşlarımı saxlayabilmək çox çətin olur. Yəqin bu yaşlılıqdan irəli gəlir-deyə Qasım dayı gülürdü.

Arzuvə ya istəklərinin gerçəkləşməsininçox yavaş sürətləhərəkət etdiyini düşünürsən, hətta illər keçdirkcə nə arzulamış olduğunu belə unudursan. əslində isə belə deyil, sadəcəbir zaman baş verəcəyinə imza atılmış halda həmin arzular yaddaşının dərinliklərində gizlənmiş olur. Və bir gün "Mən artıqbunu yaşamaqdayam”deyə ürəyindənsəslər gəlir və sən bunun fərqinə varmış olursan. İdeal insan yoxdur, ancaq bəzi hallarda həttafenomen hesab etdiyin bir şüur sahibilə qarşı-qarşıya oturub danışmaq, onunlamüsahib olmaq səni xoşbəxtetməyə bilməz. Çünki,bu sənin daxili aləmində gizlənmişsəmimi və gizli istəyindir. Qasım dayı da çoxdan bəri əyani tanışmaq və ünsiyyət qurmaq arzusunda olduğum həmin fenomen insanlardanbiriydi. Mülayim və istiqanlımünasibəti,ələlxüsuspeşəkar natiqlikbacarığıonu dinləməyə vadar edirdi. Yaddaşı daiti idi. Yaşım və elmi-ədəbi təcrübəmimkan versəydi bu şifahi tarixi kağız üzərinə gözəl şəkildəqeyd edərdim. Gələcəkdə sağ qalsam bunu mütləq edəcəm.

"Sənə dediyim Şirin Mirzəyevin batalyonuna qoşulmamışdan öncə cəmi 27 əsgərimizvardı. Ancaq sonradan bu say dəfələrlə artdı. Çünki,batalyonumuz və bizi izləyən müddətlər qüvvətli təsirə malik idi. O vaxtkı vətənpərvərliyin nə olduğunubilsəydin, heyrətə gələrdin. Xoramırtda olarkən, təkcə Qarabağdan deyil, Azərbaycanındigər regionlarından könüllülər iştirak edirdi. Onlar müxtəlif könüllü qruplarını təşkil edirdilər. Hədsiz döyüş ehtirasıvardı oğlum. Hər kəs döyüşmək istəyirdi, doğrudur,aralarında qorxaqlarını da görmüşəm, mina partlayanda yaxuddüşmən atəşəkeçəndəyerə sərilib başını qucaqlayan əsgərciklər dəbizimlə birlikdə olublar. bir müddətsonra öyrəndikki, Xocalıalınıb, həmin vaxt bizim artıq yenibatalyonumuz - "Qatır Məmmədbatalyonu vardı.Biz Qazança kəndindən(Ağdərə)Xocalıistiqamətinə yürüş etdik. Döyüş anındabəzən ölümlə oyun oynuyurduq, o biziqovlayır, biz isə tanklarıözümüzə zireh hesab edib ölümdən yayınmağa çalışırdıq. Təsəvvür elə ki, geniş bir çöllükdəsən,hər tərəfində atışmasəsləri. Başını yuxarı qaldıran zaman səmada uçuşan "işıqlar sənə dəhşətlianlar yaşadır. Çöllükdə düşməninhədəfinə tuş gəlməmək üçüntankların kənarındagizlənib özümüzümüdafiəetdiyimiz ani vaxtlar belə oldu. Zalımın tankı isə birdən elə şütüyürki, qaçsam belə ona çatmaq müşkül məsələdir. Belə anlardan birində yantərəfiylə qaçaraqgizlənməyə çalşıdığım tank sürətimi üstələdivə mən açıqdaqaldım.Bu vəziyyətdə edə biləcəyim tək bir hərəkət quru yovşanların arasında gizlənməkidi. Elə isə atdımözümü, sərildim yerə. İndi isə ilan təqlidi edib sürünməyəçalışırdım.

Ayağımdan aldığım güllə yarasıXocalı istiqamətində başvermişdöyüşdə olub. O vaxtdan bəri mənəqalan tək xatirə budur, bir də bəzi yoldaşlarım- Elə indilərdə də onlarla mütəmadigörüşürük.

Anlayacağımızvə dərkiyyatınavara biləcəyimiz hadisələr, yaşantılar insanıüzüntülərədüçar edir. Müharibədə rəsmi tərəfindən qalibmövcuddur, ancaq itkiləri hər iki tərəf qazanır. Amma əsas məsələ nisbətlə bağlıdı. Qarabağ savaşında güllələnmiş, doğranılmış, min cürə zülmətə düçar edilib həyatını tapşıranhəmvətənlərimiz günahsız bir mələkdirlər. Bizdə yalançı veteran ola biləcəyi təqdirdə,ermənilərdə necə, bir sürü deyilmi?! Qızmış beyinləri, alovlu ürəklərinqəhərini, yaddaşahəkk olunmuşintiqamıkimlər daha çox qavrayışına ötürməyi bacardı? Özümüz. O murdar qərblilərin Allah bəlasını versin! Dinsiz, imansız, heçnədən qorxmayan "əşyalar”! Kənardan fitvaya aparan"sarıbaşlar”, qısası əclaf "pyoturlar”. Gül kimi Qafqaz müstəmləkəsi varkən,nifaq mütləqmi lazm idi ki, salınsın aramıza?-deyə filmin sonluğu, serialın axırıncı lenti kəsildi. Kino zalım boş qaldı.Həyatıməsgərlikdə sona yetdi, əclaflarınsilahıyla...

RüfətSoltan


TƏQVİM / ARXİV