adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Avqust 2016 13:28
17141
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Ərəblər Süveyş kanalının altından tunel çəkmək istəyirlər. Tenderdə fransızlar, ingilislər və bir də türklər iştirak edir.

İngilislər deyir:

- Biz hər iki tərəfdən qazmağa başlayacağıq, ortada birləşdirəcəyik. Ola bilər ki, on metr o tərəf-bu tərəfə fərq eləsin, onu da yoluna qoyarıq.

Fransızlar deyir ki, biz də hər iki tərəfdən girəcəyik ortada birləşdirəcəyik. Ola bilər ki, o tərəf-bu tərəfə beş metr fərq eləsin, onu da yoluna qoymaq asandır.

Türklər deyir:

- Biz də hər iki tərəfdən girəcəyik, ortada birləşərik-birləşərik, birləşə bilməsək iki tuneliniz olar.