ANA SƏHİFƏ / AVTOMOBİL

Yol polisindən sürücülərə müraciət

21865    |   2016-08-31 12:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib.

İdarənin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, müraciət yol hərəkəti təhlükəsizliyi baxımından sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası ilə əlaqədardır.

O qeyd edib ki, tədbirlə bağlı Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimindən sonra "Baku Crystal Hall”da davam edəcək yarışın iştirakçılarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın mərkəzində yerləşən hotellərdən yarışın keçiriləcəyi arena istiqamətində onların yol polisi tərəfindən müşayiəti təmin olunacaq: "Bununla əlaqədar olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə, avtomobil sahiblərinə və əhaliyə müraciət edərək bildirir ki, yarışın əhəmiyyətini nəzərə alaraq mərkəzi küçələrdə, xüsusilə hotellərin yerləşdiyi ərazilərdə, eləcə də həmin ərazilərə bitişik küçə, prospekt və yollarda şəxsi avtomobillərdən az istifadə etsinlər.

Söhbət məhdudiyyətdən getmir, sadəcə sürücülərə çağırış edirik ki, tədbir zamanı bu ərazilərdən az istifadə etsinlər, tədbiri nəzərə alsınlar. Sürücülər əsasən paytaxtın Azadlıq, Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrində, "Azneft dairəsi”, Azadlıq meydanı, Bayraq Meydanı istiqamətlərində və həmin ərazilərə paralel, bitişik küçələrdə diqqətli olsunlar. Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən hotellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. Sürücülərdən, paytaxt sakinlərindən xahişimiz odur ki, həmin ərəfədə bunu nəzərə alsınlar”.


İmza:apa
SON XƏBƏRLƏR
2017-05-29
2017-05-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın gecə işdən evə dönür. Ərini yuxudan oyatmamaq üçün səssizcə yatağa girmək istəyir. Yorğanın altında iki ayaq əvəzinə dörd ayaq görür. Bundan əsəbləşən qadın əlinə bir zopa alıb ikisinin də başına vurur. Mətbəxə keçəndə isə ərinin oturub qəzet oxuduğunu görür. Əri başını qaldıraraq deyir:

- Əzizim, rayondn ananla atan gəlib, mən də yataq otağımızı onlara verdim ki, rahat yatsınlar. Bax gör hələ yatmayıblarsa salam ver və görüş, ayıbdı.




digər lətifələr
ARXİV
FACEBOOK