Obama ilə Ərdoğan görüşəcək
Sentyabrın 4-də Pekində, "G-20” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.
Onun sözlərinə görə, tərəflər Türkiyədə hərbi çevrilişə cəhddən sonra vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranı və digər məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri Çinin paytaxtı Pekində baş tutacaq "Böyük iyirmilik” (G-20) ölkələrinin sammitinə qatılacaqlar.
Digər Xəbərlər
24 Aprel 2024 20:46