adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Avqust 2016 00:12
4724
HADİSƏ
A- A+

Marneulidə toyda kütləvi zəhərlənmə

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 100-ü zəhərlənib.


Marneuliyə təcili olaraq Tiflis və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 100-dək zəhərlənən xəstə yerləşdirilib.

 

Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər. 

 

Kütləvi zəhərlənmənin səbəbi barədə hələlik məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.