adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Avqust 2016 21:38
3510
HADİSƏ
A- A+

Cəbhəyanı bölgələrdə iki ədəd partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 29-da Agentlik tərəfindən Füzuli və Ağdam rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, Ağdamın Hacıməmmədli kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış Qrad 9M22S raketinin partladıcısı (QDT-90) aşkar edilərək götürülüb, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.
Füzulinin Şükürbəyli kəndində isə çay kənarında 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 29 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 643 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 476 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.