adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Avqust 2016 21:33
3519
HADİSƏ
A- A+

Göyçayda qəbristanlıqda yanğın olub

Göyçay rayonunda qəbristanlıq ərazisi yanıb.


 Hadisə bu gün axşam saat 20:00 radələrində Göyçayın Potu kəndi ərazisində yerləşən qəbristanlıqda qeydə alınıb.

 

Kənd sakinləri qəbiristanlıqda təmizlik işləri görüb, dünyasını dəyişən insanların məzarının ətrafındakı kol-kosu və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.

       

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kənd qəbristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıblar və yaxınlıqdakı evlər, yardımçı tikililər yanğından mühafizə edilib.

 

Faktla bağlı araşdırma aparılır.