adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Avqust 2016 17:23
6579
İDMAN
A- A+

Radik İsayev Dağıstana gedib

Rio-de-Janeyroda keçirilən 2016-cı l Yay Olimpiya Oyunlarında Azərbaycan komandasına yeganə qızıl medalı qazandıran taekvandoçu Radik İsayev Dağıstana gedib.

Adalet.az xəbər verir ki, Dağıstanın Axtınsk rayon sakini olan Radik İsayevi vətənində qəhrəman kimi qarsalayıblar. O, Azərbaycan yığmasının tərkibində son 4 ildə rekord vurub-Avropa və dünya çempionu olub, Avropa Oyunlarında qızıl medal qazanıb, indi də Olimpiya oyunlarında qızıl medala sahib olub.

Radik İsayevi Dağıstanda qohumları, dostları, çoxsaylı tərəfdarları qarşılayıb. Onların arasında Dağıstanın taekvando federasiyasının rəhbəri Alibek Suleymanov və "Məhərrəmkənd rayonu” bələdiyyəsinin rəhbəri Fərid Əhmədov da olub. İsayev Rusiyanın əməkdar məşqçsi Maqomedsaid Cəmaləddinovun yetirməsidir. Anası Bəhrənaz İsayeva deyir ki, oğlu bu mərtəbəyə gəlib çatmaq üçün dayanmadan çalışıb, tərk töküb.