adalet.az header logo
  • Bakı 18°C
29 Avqust 2016 15:47
5380
SİYASƏT
A- A+

Müsavat MSK-nı məhkəməyə verir

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) «Respublika» təşviqat qrupunu qeydə almamasından məhkəməyə şikayət edəcək.

Adalet.az xəbər verir ki, bu haqda «Turan»a Müsavat başqanı Arif Hacılı məlumat verib.

Onun deməsinə görə, məhkəməyə müraciət hazırlanır. «Hüquqşünaslar şikayəti hazırlayırlar. Bu gün (29 avqust) şikayəti məhkəməyə təqdim edəcəyik», - deyən A.Hacılı imzaların etibarlılığına əmin olduqlarını bildirib.

O, təşəbbüs qrupunun qeydə alınması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəklərini vurğulayıb.