adalet.az header logo
  • Bakı 18°C
29 Avqust 2016 15:25
26513
ƏDƏBİYYAT
A- A+

Ünvansız Məktub

Hər şeyi zaman buraxmalıydı əslində. Heç vaxt ağlına belə gəlməzdi ki, əsirlikdə qan-rəzalət görəcək. Yurdum insanın tək ölmək istəyində olduğu, ölə bilmədiyi, allahdan ümidlərinin kəsildiyi bir məkanda idi. Savadsız, dul, yoxsul, bir də parçalanmış arzuları vardı. 45 illik ömründə nə bəxtəvər olmuşdu, nə də gözü yalın. Sakit ömür sürürdü. Baxmayaraq ki, heç vaxt onun üçün yaxşı hadisələr olmurdu, qısası allahın "unutduğu” şanssız bəndələrindən biridir. Gec yaşlarında ailə qurması, övlad qoxusu almadan həyat yoldaşını yenicə başlamış Qarabağ döyüşlərində Ağdərədə itirməsi… – Bilirsən dost bunlar bir yazıçının sadəcə uydurması ola bilər amma gəl etiraf edək ki, hekayəyə inanırsan. Şüurun bunu qəbul edirsə deməli mövcud olanı yazmışam. Əlqərəz, dramatik səhnələri sevmirəm lakin gərəkdir ki, oxucuda nifrət hissi yaradım, onsuzda 19.99% torpağımız heç bir vəchlə sülhə qane olası deyil. 9.5 MİLYON ƏHALİ YAXŞI bilir ki, bizim həmkəndlilərimizə tanışlarımıza, qohumlarımıza və kimlər kimlərimizə nələr nələr ediblər. Qalanını özününüz düşünüb açmasını taparsınız. İstəsəniz sizə ipucu da verə bilərəm. Məsələn, onların bizim qadın və uşaqlarımıza etdiklərini biz sadəcə əsgərlərinə edirdik. Qulaqlarını da kəsmişik, gözlərini də oymuşuq, erməni kəlləsindən top-top da oynamışıq. Lazım gəlsə əlimizə bir dırmıx çubuğu alıb… onu da eləmişik…

Amma bu günahsız qadınların, uşaqların, fəqir kəndçilərin, çobanların, nə günahı vardı.?.. Hələ bu əsir qadının… İstər erməni olsun istər türk. uşağa, anaya zülm verən elə ermənidir.

Yadımdan çıxdı deyim ki, onun heç valideynləri də yoxdur. Naməlum məkanda tapıblar ƏSİR QADINI. Körpə, bələkdə olan xəbərsiz idi ki, ailəsi qan düşmənçiliyinin qurbanı olub. Qayğıdan uzaq böyüyüb, kimlərinsə əlində, çox ailələrin övladı olub. Zəifdir, qorxaqdır, tələtümlüdür, amma yaradıcıdır, zəkalıdır, ağıllıdır ƏSİR QADIN.

ƏSİR QADIN, aylar sonra əsirlikdə başına gərtirilən olaylar və gördüklərindən sonra qərara aldı ki, özünü öldürsün. Özünə qsəd eləsin. Yanında silah var, o artıq bir ermənini də öldürüb. Bəli, düz eşitdiniz, ƏSİR QADIN bunu bacarıb. İndi əli-qolu da bağlı deyil, o artıq düşünür ki, bir də kəpək yeməyəcək, əmindir ki, bir daha donuz tövləsində yaşamayacaq. Bilir ki, bunlar onun qismətidir, qəbul edir bütün olanları. Allahı indi düşünməyə macal tapıb. Yoxsa nə tanrı, nə hava nə su nə təbiət. Tövlədə donuzlara, quşlara, bir də əsir həmdərdlilərinə yoldaş oldu. Çooox ağrılar çəkdi, amma indi ölmək biraz ona çətin gəlir, əslində vaxtında bu imkan əlinə düşsəydi artıq o dünyaya qovuşmuşdu. Lakin yeni dünyaya qədəm qoyacağını düşünən əsir qadın üçün oraya adaptasiya olmaq da bir o qədər çətin görünür. Əlinə qələmi götürüb yazır, mənim yazdıqlarım onun düşündükləridir ancaq düşündüklərini yazmır. Lakin biz eyni anda yazırıq. Onun son cümləsini ünvansız məktubda görmək üçün və sizə göstərmək üçün mütləq sürəti artırmalıyam.

İlkin adlı cavan oğlanın mərdliyini yadına salır deyəsən. Dayan!.. Həə elədir, İlkinin cibində balaca əldəqayırma Azərbaycan bayrağı vardı, ermənilər onu cibindən alıb üzərini buladılar sonra isə həmin cavana yedirtmək istədilər, bacarmadılar, İlkin işgəncə ilə öldürüldü. Rasim dayı… Mərd adam idi, o da öldü.

Onun sadiq həyat yoldaşı elə bil allah üzünə baxdı, ermənilərin içib boşaltdığı Ağdam çaxırının şüşəsi ilə damarını kəsib qan itkisindən öldü..

Və bir çox hadisələr…

Əsir qadın gizləndiyi sökülmüş evin kənarından uzaqda heyvan əvəzi işlədilən həmkəndlilərinə tamaşa edir. Sonra başını aşağı salıb ünvansız məktubunu cızma qaralayır. Hərdən dönüb arxasındakı erməni nəşini seyr eliyir. "Adı deyəsən Vazgen idi” – düşünür. İndi Qarabağdan əsər əlamət qalmayıb deyəsən, mənə yazılan düşüncələr bunu deyir, bir də deyir ki, baxmağın nə faydası, lalələr düzüb 80-lərdəki kimi, çəmənliklər xalı oldu yerdə, dağın döşünə baxsan bura cənnətdir deyəcəkdim amma ƏSİR QADIN bunu belə düşünmür, buralar zəhərlənib. Zəhərlənmiş ruhlar var burda, biri elə arxamdadır”. Məni bura pis məqsədlə gətirən Vazgenin iyrənc bədəninə toxunmaq istəmirdim, ağlımdan onu öldürmək gəlirdi, heç olmasa öldürə bilməsəm də imkan tapıb çiynindəki silahla ilk güllədə özümü yarasız hala gərtirim. Bu yaratıqlar üçün onsuzda fərqi yoxdur, arzuları nakam qalsa da bildiklərini edəcəklər. Nə meyit, nə diri onların vecinə deyil. Amma heç olmasa ruhum rahatlıq tapsın”. Qarabağın qan qoxulu havasını içinə çəkə çəkə Vazgenin qeyd dəftərini cibindən götürüb və yazmağa imkan tapıb. Ölmədən əvvəl bir qeydim olsun deyir düşüncələri.

"İşdi şaiyət bu məktubum ünvanını tapar onda gərək sonuncu dəfə yaradıcılığımı bu məktubda qoyum və gedim…”

Rüfət Soltan