adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Avqust 2016 14:43
7816
MƏMLƏKƏT
A- A+

“ASAN xidmət”dən səhiyyə sahəsində YENİLİK

Yaxın müddətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən "ASAN xidmət” mərkəzlərində "check-up” müayinələrə başlanılacaq.

RMDM-dən verilən məlumata görə, müayinələr ilkin olaraq 1 saylı Bakı "ASAN xidmət” mərkəzində keçiriləcək.

Sonra müayinələr digər "ASAN xidmət” mərkəzlərini də əhatə edəcək.

Cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək. "Check-up” müayinələrinin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.