adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Avqust 2016 14:41
6560
DÜNYA
A- A+

Səfirliyin əməkdaşı döyülərək qarət edilib

Moskvada naməlum şəxslər Konqo Respublikası səfirliyinin 58 yaşlı müşavirini döyərək qarət ediblər.

Adalet.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

" Konqo səfirliyinin müşaviri axşam saatlarında idman edərkən iki nəfər ona hücum edib. Hadisə 26 Bakı komissarı küçəsində baş verib. Onlar müşaviri döyüb, sonra da qarət ediblər. Diplomatın sənədləri də götürülüb”, - deyə mənbə bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də belə bir insidentin baş verdiyini təsdiqləyiblər.