adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Avqust 2016 14:39
10344
KRİMİNAL
A- A+

Aygün Bəylərin axtardığı qohumu öldürülüb

İtkin düşmüş Bakı şəhər sakini Elnur Hümmətovu qətlə yetirmiş şəxslər tutulub.

Adalet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, adıçəkilən şəxslər isə tutulublar.

Qeyd edək ki, Elnur Hümmətov Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.

Xatırladaq ki, Aygün Bəylər "Öz aramızda” verilişinə müraciət edərək qohumunun tapılması barədə kömək istəmişdi:

"Elnur mənim əmimin nəvəsidir. Atası-anasıyla bir yerdə böyümüşük. Tərbiyəli uşaq idi. 2013-cü ilin mayından yoxa çıxıb. Həmin gündən axtarırıq. Atası dünyasını dəyişəndən sonra evdən gedib. Hərbi biletini, sənədlərini də özü ilə götürüb.

Amma axtarış vermişik, ölkədən kənara çıxmayıb. Musiqiçi idi. Buradan ona müraciət edirəm. Mənə zəng etsin, nömrələrimi bilir. Nənələri onun yolunu gözləyir. Heç bir pis vərdişi yox idi. Nağarada ifa edirdi. Hər şeyə inanan, hamıya kömək edən biri idi. Mənim onun axtarışı ilə ciddi məşğul olmağa vaxtım yoxdur”.