adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Avqust 2016 14:32
5708
İQTİSADİYYAT
A- A+

Qaz ixracı üçün ən ucuz variant

"Azərbaycan boru kəmərlərinə çıxış Türkmənistan üçün ən ucuz yol olacaq. Danışıqların uzanmasına səbəb mübahisəli "Kəpəz” yatağıdır”.

Adalet.az xəbər verir ki, bu sözləri birinci Avrasiya konfransında çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

"Təxminən Xəzərin ortasına qədər kəmərlərimiz var. Oradan Türkmənistana qədər isə çox az məsafə qalır. Düşünürəm ki, tezliklə bu məsələ müsbət həll ediləcək. Onlar bu yatağı "Sərdar”adlandırır, biz isə"Kəpəz”deyirik. İnanıram ki, yaxın gələcəkdə də bu məsələ həll ediləcək”, - deyə X.Yusifzadə əlavə edib.

Ohəmçinin əlavə edib ki, Malayziyanın "Petronas” neft-qaz şirkəti Xəzər dənizindəki "Qoşadaş” strukturu ətrafında kəşfiyyat aparacaq:

"Bu işlər nəticə verərsə, təhqiqatlar dərinləşdiriləcək. Hələlik ümumi işlər görülür. Əgər sonra görsək ki, nəticə yaxşıdır "Petronas”la danışıqlar aparılacaq”.