adalet.az header logo
  • Bakı 13°C
29 Avqust 2016 13:57
5326
DÜNYA
A- A+

İŞİD məsuliyyəti öz üzərinə götürdü - Yəmən terroru

Yəməndə partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Yəmənin Ədən şəhərindəki partlayışa görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Adalet.az xəbər verir ki, bu barədəReutersagentliyi məlumat yayıb.

Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 65 nəfərə çatıb, 55 nəfər isə yaralanıb. Onların şoxunun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə Yəmən ordusuna könüllülərin qəbulu məntəqəsinin yaxınlığında baş verib.

Terrorçu-kamikadze ölkənin silahlı qüvvələrinin sıralarına qoşulmaq istəyən şəxslərin yaxınlığında avtomobili partladıb.