adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Avqust 2016 12:26
6715
MƏMLƏKƏT
A- A+

Bayramda 4 gün iş olmayacaq

Bu il Qurban bayramı sentyabrın 12 və 13-də qeyd olunacaq.

Adalet.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarında əksini tapıb.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Sentyabrın 12-i birinci, 13-ü isə ikinci günə təsadüf etdiyindən, ardıcıl 4 gün - sentyabrın 10-u (şənbə), 11-i (bazar), 12-si və 13-ü iş olmayacaq.