adalet.az header logo
  • Bakı 7°C
29 Avqust 2016 03:35
42396
HÜQUQ
A- A+

Mehman Hüseynovla iki NIDA-çı saxlanıldı

Blogger Mehman Hüseynovla NİDA hərəkatının üzvləri Məsud Əsgər və Samir Əsədli Sabunçu rayon polisi tərəfindən saxlanılıb.
Bu barədə lent.az-a Hərəkatın İdarə Heyətinin üzvü Ülvi Həsənli məlumat verib.


Onun sözlərinə görə, M. Hüseynov NİDA üzvləri ilə birgə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında çəkiliş aparırmış. Onlar həkimlərin münasibətindən şikayətlənən xəstəni və xəstə yaxınlarını çəkirmişlər. Xəstəxananın mühafizəçiləri isə bunun qarşısını almaq üçün hadisə yerinə polis çağırıb.
Polis M. Hüseynovu və iki NİDA-çını 12-ci polis bölməsinə aparıb.