adalet.az header logo
  • Bakı 7°C
29 Avqust 2016 00:28
4512
HADİSƏ
A- A+

Bakıda binanın elektrik sayğacları yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində 12 ədəd elektrik sayğacı yanıb.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.