adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 23:30
5545
DÜNYA
A- A+

Hindistanda daşqınlar 156 can aldı

Hindistanın Bihar ştatında baş verən daşqınlar nəticəsində 156 nəfər ölüb
İki həftə ərzində təbii fəlakətdən 1 milyon 400 min nəfər zərər çəkib.

Ştatda tüğyan edən daşqınlar 8 milyon hektar əkin sahəsini, avtomobil yollarını su altında qoyub, onlarla körpünü uçurub. Təbii fəlakət zonasından ümumilikdə 556 min nəfər təxliyə olunub, 303 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Qeyd edək ki, daşqınlara səbəb yağan şiddətli yağışlar nəticəsində altı çayın məcrasından çıxması olub.