adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Avqust 2016 23:48
5128
DÜNYA
A- A+

İtaliya yenidən silkələndi

İtaliyanın mərkəzi bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri Arkauta-del-Tronto şəhəri yaxınlığında, ocağı isə 9 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt Romada da hiss olunub.



Son məlumatlara görə, ümumilikdə İtaliyada təbii fəlakət nəticəsində 290 nəfər ölüb, 2 500 nəfər evsiz qalıb. Avqustun 24-dən ölkədə 1800 yeraltı təkan qeydə alınıb.
Zərərçəkmiş ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.