adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 20:43
3587
HADİSƏ
A- A+

Gədəbəydə 6 otaqlı ev yanıb

 Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.



Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gədəbəy rayonu, Çiçəkli kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları, ev əşyaları 104 m2 sahədə və bitişik yerləşən ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 m2sahədə yanıb.

Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.