adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 20:30
15537
İDMAN
A- A+

Futbolda yeni sistem

FİFA prezidenti Canni İnfantino yaxın gələcəkdə futbolda yeni sistemdən istifadə olunacağı deyib.

Qol.az-ın məlumatına görə, "Blick” nəşrinə açıqlama verən ali futbol qurumunun rəhbəri sentyabrın 1-də İtaliya ilə Fransa arasında keçiriləcək  yoldaşlıq oyununda ilk dəfə videotəkrarın yeni texnologiyasından istifadə ediləcəyini deyib:

"Biz artıq 1904-cü ildə yaşamırıq. Mümkün qədər səhv qərarları aradan qaldırmalıyıq. İnanıram ki,  2018-ci il dünya çempionatına qədər videotəkrar sistemindən tam istifaedə edəcəyik”. 

Qeyd edək ki, "DÇ-2018” digər yeniliklər də gözlənilir.