adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 20:09
4060
HADİSƏ
A- A+

Bakıda dənizdə batan şəxs xilas edilib

Bakıda dənizdə batan şəxs xilas edilib.

 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal  hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.