adalet.az header logo
  • Bakı 7°C
28 Avqust 2016 19:30
44508
HÜQUQ
A- A+

Gürcüstanda beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul polis departamenti və "İnterpol”-un Tiflis bürosunun əməkdaşları Azərbaycan vətəndaşı Əziz  M.-ni saxlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi Əzilz M. barədə "İnterpol”-un Paris Bürosunun axtarış elan etdiyini açıqlayıb.
 
Əzilz M. Gürcüstana daxil olarkən saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2014-ci ildən axtarışda olan 1970-ci il təvəllüdlü Əziz M. Fransanın Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət törətməkdə ittiham edilib. O, ehtiyatsızlıq edərək adam öldürməkdə, gəmi kapitanının qaçmasına yardım etməkdə və  fəlakətə düçar olanlara yardım etməməkdə şübhəli sayılır.
 
Hazırda M. Əziz ilə bağlı ekstradisiya proseduru həyata  keçirilir.